Zikr - imanın sütunu və şeytandan (lən) amanda qalmağın mənbəyidir
İnsan hər nə qədər Allahı yada salar can və ruhunda onun səmərələrini hiss edər, o qədər çox insanı Allahın dostuna çevirər. Zikr insanın kamala çatmasına və inkişaf etməsinə səbəb olar. Bəs zikirin səmərələri hansılardır?
1. Özünü islah etməyin açarıdır. İmam Əli (ə) buyurur: “Zikrdə davamlı olmaq - ruhun qidası və paklığın açarıdır”. Həzrət Əli (ə) buyurur: “Ürəyin paklıq və islah olmaq kökü – onun Allah zikrini etməsidir”. İmam Əli (ə) yenə buyurur: “Hər kim ürəyini Allahı davamlı olaraq yada salmaqla abad edər, aşkarda və gizlində yaxşı rəftarlı olar”. 2. Qəlbin həyatıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Allahı yada salmaqla ürəklər dirilər və Onu unutmaqla – ölər”. İmam Əli (ə) buyurur: “Hər kim Sübhan Allahı yadına salar, Allah ürəyini diri, düşüncə və ağlını aydın edər”. 3. Rahatlıq. Zikirin səmərələrindən biri – batini rahatlıqdır. İmam Əli (ə) buyurur: “Allahı yada salmaq sinələri saflaşdırar, ürəklərə rahatlıq verər”. İmam Səccad (ə) buyurur: “Allahım, ürəklər Səni yada salmaqdan başqası ilə aram olmaz, canlar Səni görməkdən başqası ilə rahatlıq tapmaz”. 4. Nifaqı dəf edər. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Allahı çoxlu yada salar, nifaqdan uzaq qalar”. İmam Əli (ə) buyurur: “Allah Təalanı çoxlu yada salın ki, o, ən üstün yada salmaqdır. Nifaqdan amanda qalar və atəşdən saxlayar”. 5. Allahın məhəbbəti. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Allahı çoxlu yada salar, Allah onu sevər”. 6. Günahdan uzaq olmaq. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, Sübhan Allah buyurub nə zaman bəndəm Məni yada salsa, onun qəflətə düşməyinə mane olaram. 7. Sinəsi geniş olar. İmam Əli (ə) buyurur: “Allahı yada salmaq sinə genişliyi bəxş edər”. 8. Şeytanı (lən) dəf edər. Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən şeytan öz burnunu adəmizadın ürəyi üzərinə qoymuşdur. Nə zaman Allahı yada salsa, burnunu kənara çəkər, nə zaman Allahı unutsa, şeytan nəcva edər (vəsvəsə edər). Budur Xənnasın vəsvəsəsi”. İmam Əli (ə) buyurur: “Allahı yada salmaq - imanın sütunu və şeytandan amanda qalmağın mənbəyidir”. /Deyerler.org/ Oxşar xəbərlər
|