Mömin axiruzzamanda bu iki şeyi çox çətinliklə tapar
Mьəllif: admin1
Tarix: 8-03-2016, 13:20
Mömin axiruzzamanda bu iki şeyi çox çətinliklə tapar
Axiruzzamanda elə bir vəziyyət yaranacaq ki, müsəlman bu iki məsələdə çox çətinlik çəkəcək

İslaminSesi – Hədislərdə Qiyamət gününün əlamətləri barədə çoxlu hadisələr yer almışdır. Fərqli cinslərin özlərini qarşı cinsə bənzətmə meyillərinin artması, hakimlərin zülmü, qətliamlar, haram və fəsadlaar gedən yolların artması və müxtəlifliyi, xəstəliklərin yayılması və sair kimi əlamətlər Axiruzzamanın çatdığından xəbər verəcək yaxud da verir. Hazırda ətrafa baxdıqda bu əlamətlərin əksəriyyətini müşahidə etmək asandır. Amma qiyamət gününün dəqiq zamanı məlum deyil. Bunun elmi yalnız Allah yanındadır.

Qurani-Kərimdə deyildiyi ki Onlar qiyaməti uzaqda biz isə yaxında olacağını görürük.
Məhəmməd peyğəmbərdən nəql edilmiş bir hədisdə axiruzzamanda tapılması çətin olan iki məsələ haqda danışılır. Müsəlman bu məsələdə elə çətinlik çəkəcək ki hətta ona ömür boyu həsrət qala bilər.
Tuhəful-Uqul əsərində Məhəmməd peyəmbərdən nəql edilən hədis belədir:
“Axiruzzamanda ən az tapılan şey etimad ediləsi dost və halal dirhəm (pul) olacaqdır”.

Bu əbəs yerə deyil ki, halal ruzi qazanmağın özü elə ibadət hesab edilir. Bu olduqca çətindir. O qədər çətin ki, onu həyata keçirə bilsən ibadət etmiş olursan.
Dostluğa gəldikdə isə dini mənbələrdə cahillər, fasiqlər zalimlərlə deyil , alimlər hikmət sahibləri və möminlərlə dostluğa təkid edilir. Əks təqdirdə buna dostluq demək olmaz.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031