Hər bəla üçün bir xilasedici əməl. Əməllərin şəfaəti
Həzrət Peyğəmbər (s) bir gecə yuxu görür ki, onu səhabələrinə danışır. Həzrət (s) buyurur: “Dünən gecə qəribə bir yuxu gördüm. Ümmətimdən olan bir nəfəri müşahidə etdim ki, ölüm mələyi ruhunu qəbz etmək üçün gəlir, ata və anasına yaxşılıq gəldi və ölüm mələyini ondan dəf etdi. Ümmətimdən olan bir nəfəri gördüm ki, onun üçün qəbir əzabı olur və dəstəmazı ona nicat verdi. Ümmətimdən olan bir nəfəri gördüm ki, şeytanlar onu əhatə etmişdir və Allahın zikri gəldi və onu aralarından xilas etdi. Ümmətimdən olan bir nəfəri gördüm ki, əzab mələkləri onu aralarına alıblar, namazı gəldi və onu, onların əlindən xilas etdi. Ümmətimdən bir nəfəri gördüm ki, susuzluğun şiddətindən dilini bayıra çıxardır və nə zaman su hövuzuna daxil olmaq istəsə, onu su içməkdən saxlayırdılar. Orucu gəldi və ona nicat verdi. Ümmətimdən bir nəfəri gördüm ki, peyğəmbərlər halqasına qoşulmaq istəyirdi və hansı birinə yaxınlaşsa idi, onu öldürürdülər. Cənabət qüslü gəldi və onun əlindən tutub, mənim yanımda əyləşdirdi. Ümmətimdən bir nəfəri gördüm ki, altı tərəfdən də zülmət içində idi və heyrətlənmiş üzü var idi. Həcc və ümrəsi onu qaranlıqdan çıxartdı və nura daxil etdi. Ümmətimdən bir nəfəri gördüm ki, iman əhli ilə söhbət edir və onlar isə onunla danışmırlar. Sileyi-rəhmi gəldi və dedi: “Ey möminlər dəstəsi! Onunla danışın!”. Ümmətimdən bir nəfəri gördüm ki, istəyir ki, üzünü əli ilə atəşdən qorusun. Ancaq imkanı olmur və sədəqəsi gəldi və onunla atəş arasında maneə oldu. Başına kölgə saldı. Ümmətimdən bir nəfəri gördüm ki, atəşin şöləsi hər tərəfdən onu əhatə etmişdir, ancaq əmr-be-məruf və nəhy-əz-munkəri gəldi və onu atəşin cəngindən xilas etdi. Ümmətimdən bir nəfəri gördüm ki, diz üstə çökübdür, onunla Allah arasında pərdə vardır. Gözəl əxlaqı və həsənələri gəldi və onu, onunla Allah arasında olan pərdədən xilas etdi. Ümmətimdən bir nəfəri gördüm ki, əməl dəftəri sol tərəfindən uçmağa başladı, ancaq İlahi xofu gəldi və onu sağ tərəfdə qərar verdi. Ümmətimdən bir nəfəri gördüm ki, tərəzisi yüngül gəlir, xeyir işə tələsməyi gəldi və tərəzini yüngül olmaqdan xaric etdi. Ümmətimdən bir nəfəri gördüm ki, cəhənnəm uçurumunun ağzında dayanmışdır, İlahi əzəmətdən qorxusu gəldi və ona nicat verdi. Ümmətimdən bir nəfəri gördüm ki, cəhənnəmə atılmaqdadır, İlahi xofdan göz yaşları gəldi və onu cəhənnəmdən xilas etdi. Ümmətimdən bir nəfəri gördüm ki, Siratda dayanmışdır və xurma budağı kimi titrəyir, Allaha olan hüsnü-zənni gəldi və o, sakitləşdi. Siratdan keçdi. Ümmətimdən bir nəfəri gördüm ki, dizi üstə yol gedir və bəzən sinəsinin üstündə hərəkət edir və bəzən də asılır, mənə salavatı gəldi – əlindən tutub ayağa qaldırdı. Sabit addımla Siratdan keçdi. Ümmətimdən bir nəfəri gördüm ki, behişt qapılarının axırına çatıbdır, ancaq qapılar üzünə bağlıdır və Allahın vahid olmasına şəhadəti gəldi və bütün qapıları açdı, onu behiştə daxil etdi”. /Deyerler.org/ Oxşar xəbərlər
|