Zühurun təxirə düşməsinin əsas səbəbi
Mьəllif: admin1
Tarix: 15-05-2021, 22:28
Zühurun təxirə düşməsinin əsas səbəbi
İmam Zaman ağa (ə.f) buyurur: “Əgər bizim davamçılarımız çiyinlərində olan əhdin icrası yolunda həmrəy olsaydılar, bizim onlarla görüşməyimiz təxirə düşməzdi.

Bizimlə görüşmək səadəti daha tez onlara nəsib olardı. O görüş ki, düzgün tanıma və bizə qarşı sədaqət üzərindən olar. Bizim onlardan gizli olmağımızın səbəbi – onların rəftarlarından bizə çatanlardan başqasına görə deyildir və biz onların yerinə yetirdikləri bu rəftarları onlardan gözləmirik”.

Hədisin şərhi.

Bu sözlər Həzrətin (ə.f) Şeyx Mufidə yazdığı məktubun bir parçasıdır. İmam (ə.f) bu dəyərli buyuruşunda zühurun təxirə düşmək səbəblərinə toxunmuşdur.

İmam (ə.f) buyurur ki, Əhli-Beyt (ə) davamçılarının arasında səfa və həmrəylik olmadığı üçün qeybi davam edir və zühuru təxirə düşür.

Tarix də bunu aydın şəkildə göstərmişdir ki, əgər insanlar istəməsələr və lazımlı səy göstərməsələr, haqq öz yerində qərar tutmaz. İmam Əlinin (ə), İmam Həsənin (ə) və İmam Hüseynin (ə) təcrübəsi buna açıq misaldır.

Başqa bir tətəfdən isə pis rəftarlarımız və əməllərimiz qeybin bitməsinə və İmamın (ə.f) zühur etməsinə mane olur.

Bu hədisə əsasən, bizim vəzifəmiz odur ki, Həzrəti (ə.f) özümüzdən və yaxınlarımızdan üstün bilək, İslami göstərişlərə əməl edərək İmamı (ə.f) dünyaya tanıdaq. Qəlbləri ona tərəf cəzb edək ki, zühurun zəminələri yarana bilsin.

Bu hədisdən iki nəticə çıxartmaq olar:

1. Allah insanlarla əhd bağlamışdır ki, İmamların (ə) ardıcılı olsunlar və bu məsələ İmamla (ə.f) görüşməyə səbəb olacaqdır.

2. Əhli-Beyt (ə) davamçılarının nalayiq rəftarları İmamdan (ə.f) uzaq olmağa səbəb olur, əksinə layiqli əməllər İmamla (ə.f) rabitə qurmaqda təsirli ola bilər.
(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930