Söz gəzdirmək – adam öldürmək kimi bir günah sayılır
Qətlin lüğət mənasına nəzər salan zaman görmək olur ki, başqasının həyatına sağalmaz ziyan vurmaq deməkdir. İstər maddi və fiziki olsun, istərsə də hansısa əməl vasitəsilə olsun. Ona görə də qətl o deməkdir ki, başqasının həyatına son verirsən və ya insanı elə hala salırsan ki, ölür.
Qatil başqasının həyatını alaraq, onu qətl edir. Yəni, onun cismi varlığını məhv edir. Ancaq Quranın nəzərində bəzən qatil elə bir əməl görə bilir ki, bir neçə nəfərin qətlinə səbəb olur. Və onun qətl etdiyi insanlar ola bilsin ki, öz cismani həyatlarına davam etməkdə olsunlar. İmam Sadiq (ə) buyurur: "Söz gəzdirən - üç nəfərin qatilidir: özünün, söz gəzdirdiyi insanın və o kəsin ki, onun yanından dedi-qodu etmişdi”. Quran ayələri və hədislərimiz bizə dəfərlərlə tövsiyə edir ki, yersiz söz danışmaqdan çəkinək. Çünki söz gəzdirmək və yersiz danışmaq kin və düşmənçilikdən savayı bir şey gətirməz. Nəql edirlər ki, bir ağa öz qulunu satır və deyir: "Bu qulun heç bir eybi yoxdur, söz gəzdirməkdən başqa”. Alıcı deyir: "Razı oldum”. Onu alır və evinə aparır. Bir neçə gün keçir və həmin qul ağanın arvadına deyir: "Mən belə fikirləşirəm ki, mənim ağam səni istəmir. Başqa bir qadın almaq istəyir”. Qadın deyir: "Çarə nədir? Çənəsinin altındakı tükdən bir qədər kəsib mənə ver və mən əfsun oxuyum və o, da ancaq sənə məftun olsun”. Qadın deyir: "Bəs bu tükü necə əldə edim?”. Deyir: "Yatan zaman qayçını götür və bir qədər tükünü kəs və sonra da mənə ver”. Sonra ağasının yanına gedib deyir: "Sənin arvadın başqa birisilə qaçmaq istəyir və ona görə də səni öldürmək istəyir. Əgər sözlərimə inanmaq istəyirsənsə, özünü yuxuluğa vur və nəzarət et”. Kişi evə gedir və bu cür edir. Görür ki, arvadı qayçı ilə onun yanına gəlir və qulun haqlı olduğunu düşünür. Ayağa qalxır və arvadını öldürür. Qul qaçıb arvadının qohumlarına xəbər verir və onlar da gəlib bu kişini öldürürlər. Ərlə arvadın qəbiləsi arasına qan düşür. Çox sayda insan qətl olunur. Halbuki, bütün bunlara qul səbəb olmuşdu. Bəzən də qətl can almır, bəlkə insanın aqibətini pisliyə doğru aparır və insanlıqdan çıxardır. Mərhum Nəraqi buyurur: "Söz gəzdirənlər - ən pis insanlar və ən xəbisidirlər. Çünki onlar yalandan, qeybətdən, məkr, xəyanət, kin, həsəd, nifaq, Allah bəndələri arasında fəsaddan yardım alarlar ki, bütün bunlar da əbədi həlakətə və bədbəxtliyə səbəb olar. Söz gözdərməyin ən pis forması - qorxduğun və əziyyət olduğun insanların, yəni hakimlərin və sultanların yanında etməkdir. Axirət həyatından mühüm həyatmı var?”. Bəni-İsrayil qəhətlik keçirir. İnsanlar Allaha üz tutmaqdan başqa yol tapmadılar. Allahdan yağış istədilər. Bir neçə dəfə namaz qıldılar və Allahdan yağış istədilər. Ancaq səmada heç bir bulud görünmür. Həzrət Musa (ə) bunun səbəbini Allahdan soruşur. Vəhy gəlir: "Ey Musa! Sizin aranızda söz gəzdirən vardır ki, sizin duanızı batil edir. O zamana qədər ki, o, sizin aranızdadır, duanızı yerinə yetirməyəcəyəm”. Musa (ə) deyir: "Allahım! Onu bizə tanıt ki, aramızdan çıxarda bilək”. Vəhy gəlir: "Ey Musa! Mən söz gəzdirənin düşməniyəm. Bəs Özüm söz gəzdirim və başqasının eybini sənə deyim?”. Musa (ə) deyir: "Bəs vəzifəmiz nədir?”. Vəhy gəlir: "Hamı gərək tövbə etsin”. Hamı söz gəzdirməyə görə tövbə edir və Allah yağış göndərir”. Nəql edirlər ki, bir nəfər İmam Səccadın (ə) yanına gəlir və başqasının onun haqqında pis danışdığını söyləyir. İmam (ə) buyurur: "Allaha and olsun ki, sən qardaşlıq haqqını hifz etmədin, çünki o, səni əmin bilmişdi. Sən ona xəyanət etdin və həm də mənim hörmətimi saxlamadın. Çünki mənə elə bir şey dedin ki, onu eşitməyə faydam və hacətim yox idi. Məgər bilmirsən ki, o kəs ki, söz gəzdirər, cəhənnəm itləri olarlar?! O şəxsə de ki, ölüm bizim hamımızı haqlayacaqdır və qəbir hamımızı özünə götürəcəkdir. Qiyamət bizim vədə yerimizdir. İnsanlar arasında hakim Allahdır”. Allah Təala bizi belə eybəcər xislətlərdən qorusun. /Deyerler.org/ Oxşar xəbərlər
|