Mələklər hansı cəhətə görə insana səcdə etmişdilər?
İnsan sözü “ins” sözündən götürülmüş və mənası məhəbbət deməkdir. Həmçinin o şey ki, sevilər və məhəbbət görər, ona da ins deyərlər. İnsan sözü ona görə bəşər övladına şamil edilir ki, varlığı və xilqəti bir-birinə sevgi bəsləyən zaman sabit və davamlı ola bilir. Ona görə də deyirlər ki, insan ictimai varlıqdır və varlığının davamlı olması bir-birindən asılıdır. İnsan tək halda öz həyat ehtiyaclarını təmin edə bilməz. Həmçinin deyilir ki, insan sözü ona bu səbəbdən şamil edilir ki, o şey ki, ona qoşular və onunla birlikdə olar, ona sevgi və ülfət göstərər. İnsan varlığı mürəkkəbdir və iki hissədən təşkil edilmişdir. Bir hissəsi maddi və heyvanidir ki, ona cisim deyirlər. İkinci hissəsi isə maddi deyildir, mücərrəddir və ona ruh deyilir. İnsanı insan edən məhz onun ruhudur. Ruh insana həyat qüdrəti və elm qabiliyyəti verər və onun zati cövhərini təşkil edər. Ruhu olmayan insan bir cəsəddir və ölüdür. Ruh insana həyat verər və onun hərəkət etməsini, düşünməsini, təfəkkür etməsini təmin edər. Bu yer və səma varlığı batinində olan fövqəladə qüvvələr ilə İlahi ruhdan qaynaqlanır. Bu maddi varlıq agahlıq və mərifət dairəsini genişləndirərək elə bir yerə gəlib çata bilər ki, əşyaların zahirindən onların batininə nüfuz edər və onların mahiyyətini və həqiqətini dərk edər. İnsanın agahlığını nə məkan həbs edə bilər və nə də zaman ona zəncirə vura bilər. Ona görə də insan daima inkişafdadır və başqa kainatları da kəşf etməyə səy göstərir. İnsan düşüncəsi cavidan və sonsuz olanlar haqqında da düşünə bilir və xırdalıqları tanımaqdan da üstün biliklərə sahib olmağa çalışır. Dünyanın həqiqətlərini və yaradılışın hədəfini kəşf edər və ona görə də təbiətə hakim ola bilər. Ona görə də deyə bilərik ki, insan iki mürəkkəb hissədən təşkil edilmişdir. Bir hissəsi maddidir və o biri hissəsi qeyri-maddi. İnsanın maddi tərəfi onun heyvani meyllərini üzə çıxardar. Mənəvi tərəfi isə İlahi istəklərini ona tanıdar. İnsanın ruhu - onun əsl həqiqətdir. Ona həm bu dünyada və həm də axirətdə məqam verməyə qadirdir. Mələklər də məhz bu məqama görə ona səcdə etmişdilər. Allah insan ruhunu yaradandan sonra özünü Əhsənul-Xaliqin adlandırmışdır. (İslami saytlara istinadən) Oxşar xəbərlər
|