Allahın insandan istədiyi iki etiraf
Mьəllif: admin1
Tarix: 28-12-2018, 10:11
Allahın insandan istədiyi iki etiraf
Etiraf əməl deyil. Qəlbən bir məsələnin məsuliyyətini öhdəyə almaq deməkdir. Amma digərləri qarşısında etdiyimizi boyuna almaqla iş bitmir. Qəbul edilən bu məsuliyyətin nəticəsində bəzi addımların atılması da vacib edilir.

Tarixdə və yaşadığımız cəmiyyətdə Məhkəmə və Qanun məcəllələrindən tutmuş adi davranışlara qədər, bütün bu məkan və hallarda etirafın səmimiyyətin yaranmasında problemlərin köklü şəkildə həll olmasında mühüm rolu vardır. Etiraf edən caninin cəza müddəti azalır, dost qarşısında etiraf, onu qoruyub saxlayır, düşmən qarşsında etiraf isə onu yumşaldır və sair.

Allah bəndə münasibətləri də belədir. Bəs bəndə etiraf etsə nələri əldə edəcək?

Şeyx Kuleyni Üsuli-Kafi əsərində İmam Baqirdən (ə) iki etiraf barədə maraqlı bir hədis nəql edir. O hədisdə bəndənin etirafı və bu həyatda səmərəsi öz əksini tapıb

Hədis belədir: “Allaha and olsun! O, camaatdan yalnız bu iki xisləti istəyib: Onlara verilən nemətlərə etiraf etməyi istəyib, bunu etsələr nemətləri artar. Allah günahlar barədə də bəndənin etirafını istəyir. Bunu etsə onun günahını bağışlayar”.
(İslaminSesi)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930