Allaha doğru dördüncü yolun adı – ümiddir
Ümid sözü bəzən Quranda rica, təmənna kimi istifadə olunur. Bir müsəlman həmişə Allaha ümid bəsləməli və Ondan ümidsiz olmamalıdır. Ümid – Allahın ordusundandır, naümid olmaq isə şeytanın. Allah yolunun yolçusu xof kimi sifətə malik olduğu kimi rica, yəni ümid sifətinə də malik olmalıdır. İmam Səccad (ə) Allaha buyurur: “Allahım, mən üç şeyi pərdə və maneə görürəm və bu üç yoldan Sənə çatmağım mümkünsüzdür. Ancaq bir tərəfdə yol açıqdır. Birinci yol odur ki, Sənin çoxlu əmrlərin vardır və mən ona əməl etmədiyimə görə Sənə vüsal yolu bağlıdır. İkincisi odur ki, günahları qadağan etmisən, ancaq mən onlara düçar oluram və buna görə də yol bağlıdır. Əgər bütün vacibatları yerinə yetirsəm və günahlardan çəkinsəm və üçüncü yoldan gəlmək istəsəm, görürəm yol yenə bağlıdır. O da budur ki, mən Sənin nemətlərinə şükür etməyə qadir deyiləm. Deməli ancaq bir yol açıqdır və o da budur ki, Sən nalayiq insanları da qəbul edirsən və ancaq layiq olduğu üçün rəftar etmirsən. Necə ki, başlanğıcda varlıq nemətini bizə verdin ki, bizim layiq olduğumuza görə deyildi və İlahi canı bədənimizə üfürdün, bizə göz, qulaq, ürək verdin ki, ona layiq deyildik. Biz bir iş görməmişik ki, bütün bu nemətləri qəbul etməyə layiq olaq. Ona görə də bizim üçün ancaq dördüncü yol açıqdır. O da budur ki, biz layiq deyilik, Sənin kərəmin, lütfün hamıya şamildir və biz də dördüncü yola şamil olmaq ümidi ilə Sənə tərəf hərəkət edirik”. İmamın (ə) buyurduğu kimi, salik (Allah yolunun yolçusu) xof, rica, qəmlə hərəkət edər. İnsanların üzünə açılan ümid yolu ilə bu seyrə davam edər. Hansı halda olursa-olsun, özünü Allahın evinin qapısına çatdırar. Ona qovuşmaq üçün ümid edər. Çünki heç kəs bu yola layiq deyildir, sadəcə Allahın lütfünə və kərəminə ümid edərək, bu yola çıxar və İlahi lütf yolunda qərar tutmağa çalışar. Meh əsər və günahın pis iyini ondan uzaqlaşdırar və onu pak edər. Çünki Allahın lütfü bizim günahlarımızdan daha çoxdur. O kəs ki, salikdir – təmənna və arzu ilə yaşamaz. Ona görə də Quran təmənnanı məhkum etmişdir. “(Axirətdə mükafat və cəzanın verilməsi) nə (sonuncu peyğəmbərin ümməti olduğunuza görə) sizin arzunuzladır və nə də (ki, özlərini Allahın dostu və övladları hesab edən) kitab əhlinin arzusuyla. Kim pis bir iş görsə, cəzalandırılacaqdır və özü üçün Allahdan başqa bir dost və kömək edən tapmayacaqdır”. (“Nisa” 123). Beləliklə deyə bilərik ki, salik həmişə Allaha ümid bəsləməli və Ondan naümid olmamalıdır. Oxşar xəbərlər
|