Möminlərin və kafirlərin ruhları Bərzəxdə
Mьəllif: admin1
Tarix: 12-03-2016, 10:00
Möminlərin və kafirlərin ruhları Bərzəxdə
“Onların arxalarında dirilib duracaqları günə (Qiyamətə) kimi Bərzəx vardır.” [1]



İmam Sadiq (ə) buyurur: “Vallah, sizin üçün Bərzəxdən qorxuram.” (Ravi deyir:) Dedim: “Bərzəx nədir?” Buyurdu: “Qəbir – ölümdən Qiyamətə kimi!”[2]



Möminlərin rühları Bərzəxdə

“Allah yolunda öldürülənləri heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzi yeyirlər.” [3]

İmam Sadiq (ə) buyurur: “Möminlərin ruhları Cənnətdə otaqlardadırlar. Oranın yeməklərindən yeyir, içməlilərindən içirlər. Bir-birilərinin görüşünə gedir və “Pərvərdigara! Bizə vəd etdiklərini həyata keçirmək üçün Qiyaməti bərqərar et!” deyirlər.” [4]



Kafirlərin ruhları Bərzəxdə

İmam Sadiq (ə) buyurur: “Kafirlərin ruhları Cəhənnəm odunun içindədir. Onları odun qarşısına gətirərlər və onlar “Pərvərdigara! Qiyaməti bərqərar etmə, bizə vəd etdiklərini həyata keçirmə və bizim birincimizi sonuncumuza yoldaş etmə!” deyərlər.” [5]



www.ahliman.info
_________________

[1] Mu’minun, ayə 100

[2] Nurus-Səqəleyn, c.3, səh.554, hədis 124

[3] Ali-İmran, ayə 169

[4] əl-Məhasin, c.1, səh.285, hədis 562

[5] Biharul-Ənvar, c.6, səh.270, hədis 127
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031