Allahın iki əziz şəhidi
Mьəllif: admin1
Tarix: 7-07-2020, 18:00
Allahın iki əziz şəhidi
İslam döyüşlərində iki nəfər olmuşdur ki, döyüş zaman əllərini kəsmişdilər və Allah da bu iki şəhidə behiştdə qanad vermişdir ki, onunla mələklər kimi pərvaz etsinlər.

Ola bilsin ki, Allah yolunda şəhid olan əli kəsilmiş insanların hamısına Allah belə bir imtiyaz vermiş olsun. Ancaq əgər hədislərə və tarixə nəzər salsaq, sadəcə iki şəhidin bu məqama layiq olduğunu görə bilərik. Bu şəhidlərdən birinci Cəfər ibni Əbitalibdir.

Həzrət Peyğəmbər (s) o zaman ki, Cəfər şəhid olur və əlləri kəsilmiş halda cənazəsini görür, buyurur: “Allah Təala iki əli yerinə ona iki qanad əta etdi ki, onlarla behiştdə hara istəsə uça bilsin”.

Abdullah ibn Cəfər nəql edir: “Peyğəmbərin (s) bizim evə gəlməyi mənim yadımdadır. Atamın ölüm xəbərini anama verdi. Bu zaman Peyğəmbər (s) çox narahat görünürdü.

Mübarək gözlərindən yaş axırdı. Əlini mənim və qardaşımın başına çəkdi və bizə nəvaziş etdi. Mən gördüm ki, göz yaşları mübarək saqqalından axır.

Bundan sonra buyurdu: “Allahım! Cəfər indi ən üstün mükafatla Sizin yanınıza gəlmişdir. Allahım! Onun nəslində və zümrəsində ən üstün övladları qərar ver ki, onun gözəl adını saxlasınlar”.

Bundan sonra anama buyurdu: “Ey Əsma! İndi sizə müjdə verimmi?”.

Anam dedi: “Buyurun, atam və anam sənə fəda olsun”.

Peyğəmbər (s) buyurdu: “Allah Cəfərə iki qanad hədiyyə etmişdir ki, behiştdə mələklərlə uçsun”. Elə buna görə də ona Cəfəri Təyyar deyirlər.

İkinci şəhid hamımızın da yaxşı tanıdığımız Əbülfəzl Abbasdır (ə). İmam Səccad (ə) əmisi barəsində belə buyurur: “Allah Abbasa (ə) rəhmət etsin ki, qardaşı Hüseyni (ə) özündən üstün bildi.

Özünü onun yolunda fəda etdi, o yerə qədər ki, əlləri qət oldu. Allah da onun qarşılığında ona iki qanad əta etdi ki, onunla behiştdə uçsun”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930