İslamda sülh anlayışı
Mьəllif: admin1
Tarix: 12-03-2016, 20:06
İslamda sülh anlayışı

"Cihad"ın tərifi haqqında demək lazımdır ki, onda məqsəd Allah sözünün ucalması və ilahi hakimiyyətin yer üzündə bərqərar olması yönündə əməkdaşlıqdır.
Demək, İslamın ortaya qoyduğu sülh bu gün dövlətlər arasında mövcud olan sülh anlayışından fərqlənir. İslam sülhü daha geniş və daha dərin məna kəsb edir. Burada məqsəd bütün yer kürəsində Allah adı altında dinc yanaşı yaşamaq, bütün bəşəriyyət üçün ictimai və ümumi təhlükəsizliyi təmin etməkdir.
Yalnız özünü savaşdan saxlamaq, hətta bu zülm, zorakılıq, cəhalət, fəsad dünya xalqlarının üzərinə kölgə saldığı zaman olsa belə İslama görə sülh hesab olunmur. İslamın nəzərdə tutduğu sülh o sülhdür ki, onda bütün bəşər övladları fikri baxımdan azad və aram atmosferdə, Allaha pərəstişi təbliğ etmək, yaymaq, uca Allah sözünü reallaşdırmaq və ilahi hakimiyyəti möhkəmləşdirmək üçün heç bir narahatlıq duymadan yanaşı dinc yaşamaqdır. Allahın onlar üçün nəzərdə tutduğu hər tərəfli ictimai ədalətdən azad və müstəqil yararlanmaqdır. Demək, aydın olur ki, İslamda cihad və sülhün məqsədləri müştərəkdir.
İslam sülh, əminamanlıq və saflıq dinidir. İslam sözü özü "silm" kökündəndir. Sülh və əminamanlıq ifadələri Quranda dəfələrlə işlənmiş və dərin mənalar ifadə etmiş və böyük önəm kəsb etmişdi. "Silm" kökü lüğətcə zahiri və batini xəstəliklərdən, afətlərdən uzaq olmaq mənasını ifadə edir. Quranda deyilir: "اذ جاء ربه بقلب سليم" Yəni, o zaman o öz Rəbbinin hüzuruna tərtəmiz bir qəlblə gəlmişdi.
Quranda "silm" ifadəsi sülh və əminamanlıqıa sinonimdir. Belə ki, bir ayədə oxuyuruq:
" يا ايها الذين آمنوا ادخلوا في اللسلم كافه" "Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir!" ("Bəqərə", 208). Burada sülh ədalətli saziş və dinc yanaşı yaşamaqdır. Həmçinin digər bir ayədə oxuyuruq:
" و ان جنحوا للسلم فاجنح لها " Yəni, əgər sülhə meyl göstərsələr, sən də sülhə meyl göstər. Başqa bir ayədə oxuyuruq: " لكم عليهم سبيلاً فان اعتزلوكم فلم يقاتلوكم و القوا اليكم السلم فما جعل الله " " Əgər onlar sizdən aralanıb bir tərəfə çəkilsələr və sizinlə vuruşmayıb sülh təklif etsələr, o zaman Allah sizin üçün onların əleyhinə çıxmağa heç bir yol qoymaz. " ("Nisa", 90) Hər halda "İslam" Allahın əmrinə təslim olmaq, yalnız Allah qarşısında baş əymək, Onun iradəsinə tabe olmaqdır və bu bir müsəlmanın düşüncə və davranışının əsasıdır.
"Sülh" sözü isə lüğətdə barışıq, saziş və xalq arasında nifrəti aradan qaldırmaq mənalarını ifadə edir. Səlah və salih sözləri ədalət, insaf, ləyaqət və hər növ fəsaddan uzaq durmaq mənaları ilə üst-üstə düşür. "İslam" sözü də həmin kökdən törəmiş və ülfət, sülh mənalarını ifadə edir.
Allah-taala Quranda buyurur: "فاتقوا الله واصلحوا ذات بينكم" " Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin " ("Ənfal", 1).
Başqa bir ayədə oxuyuruq: "لاتفسدوا في الارض بعد اصلاحها" Yəni, yer üzərində iş yoluna qoyulduqdan sonra orada fəsad törətməyin.
"الذين يفسدون في الارض ولايصلحون" "O kəslər ki, yer üzündə fitnə-fəsad törədər və (pis işlərdən, günah əməllərdən əl çəkib özlərini) islah etməzlər!" ("Şuəra", 152).
Məsumlardan bizə gəlib çıxan hədislərdə də silm və sülh sözləri müxtəlif mənalarda işlənmişdir.
Buna görə də İslamda sülh birincilik təşkil edir və cihadın da mahiyyəti müdafiədir. Hər ikisinin məqsədi isə dünyada tövhid əqidəsini yaymaq və ilahi qanunları kürsüyə oturtmaqdır.
Qaynaqlar:
Hicazi, Fəxr əd-Din, "Cəg əz didgahi-Nəhc əl-bəlağə";
Dust Məhəmmədi, Əhməd, "Diplomasi və rəftari-siyasi dər islam";
Şəhid Mütəhhəri, Mürtəza, "Cihad";
Nuri, Hüseyn, "Cihad".
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031