Həzrət Zəhra (s.ə) ilə Qurani-Kərimin 3 oxşarlığı
Böyük əxlaq alimi olan Ayətullah Cavadi Amuli Həzrət Zəhranın (s.ə) şəxsiyyəti haqqındakı nəzərlərini bizimlə bölüşmüşdür ki, onlara işarə edək:
“Həzrət Fatimə (s.ə) haqqında iki mehvərdən danışmaq olar: bir mehvər elmi tədqiqatlardır ki, bizim üçün elmi səmərəsi vardır. Etiqadi nəticələrə malikdir və əxlaq, fiqh, hüquq mövzularını əhatə edir. İkinci mehvər bizim özümüzə aiddir. Biz gərək bu nəcib Xanımı (s.ə) özümüz üçün örnək qərar verək və onun ardıcılı olaq. Həzrət Zəhra (s.ə) Qurana, nübuvvətə, risalətə, vilayətə tay olan bir şəxsiyyət idi. İkinci mehvər Xanımın (s.ə) sünnətinə və həyat tərzinə aiddir. Bizim vəzifəmizdir ki, onu araşdıraq və onun ardıcılı olaq. Əgər Əli ibn Əbitalib (ə) olmasaydı, heç kəs Xanıma (s.ə) tay olmazdı. O, Quran kimi formalaşdı. Belə ki, Quran heç kəsin fikirlərindən düzəlməmişdi və heç bir bəşər övladı onu yazmamışdı və heç kəs onun surələrini, ayə və maarifini inşa etməmişdi. Qeyb aləmindən nazil olub, 23 il ərzində Həzrət Peyğəmbərə (s) məlum olmuşdu. Beləliklə, Quran qeybdən nazil olmuş, 23 il ərzində tamamlanmış və əbədi olaraq qalıcı olmuşdur. Quran bu üç işi görmüşdü. Yəni, yerdən qalxmamışdır, qeybdən nazil olmuşdur. “O, yaradılış və şəriəti möhkəm, Özü isə bütün cəhətlərdən təriflənmiş (Allah) tərəfindən nazil edilmişdir”. (“Fussilət” 42). Həzrət Fatimə (s.ə) kimi böyük şəxsiyyəti araşdıran zaman görürük ki, həmin üç hal onda da vardır. O, yerdən qalxmamışdır, səmadan nazil olmuşdur. Təqribən Quranla eyni yaşdadır. O, illər ərzində təkmilləşib tərəqqi etmişdir. Sonra da kamilləşməsi sona çatmışdır. Xanımın (s.ə) da ömrü sona çatmışdır. Quran əbədi olaraq qalıcıdır. Baxmayaraq ki: “Şübhəsiz, sən də öləcəksən, onlar da öləcəklər”. (“Zumər” 30) – bütün insanlara şamil edilir, Xanımın (s.ə) qoyub getdiyi bu yol və sünnə Quran kimi əbədi olaraq qalıcı və cavidandır. O zaman ki, Həzrət Peyğəmbər (s) nəbi olur və meraca gedir, orada behişt yeməyi yeyir. O zaman ki, meracdan qayıdır və yerə enir, bu qidanın meyvəsi Həzrət Zəhra (s.ə) olur. Ona görə də deyə bilərik ki, Xanımın (s.ə) möqəddəs zatı adi insanların zatı kimi deyildi. Adi insanların yedikləri və içdikləri yer üzərində bitən bitkilərə aiddir. Necə ki, Quran bəşər fikirlərindən ibarət deyildir, Xanımın (s.ə) da dünyaya gəlişi qeyb yeməklərinin məhsulu idi, yer üzünün deyil. Peyğəmbərin (s) meracdan qayıtmağından bir il və hətta daha az keçmişdi ki, xanım dünyaya gəlir”. Oxşar xəbərlər
|