Cəbrailin Həzrət Zeynəbin (s.ə) müsibətinə tökdüyü göz yaşı
Həzrət Zeynəb (s.ə) dünyaya gələn zaman İmam Hüseyn (ə) dörd yaşında olardı. Peyğəmbərin (s) yanına gəlir və deyir: “Allah mənə bacı əta etmişdir”.
Peyğəmbər (s) bu sözləri eşidən zaman çox qəmgin olur. Gözündən yaş tökülür. İmam Hüseyn (ə) soruşur: “Nəyə görə qəmgin və ağlar oldun?” Peyğəmbər (s) buyurur: “Ey gözümün nuru! Onun sirri tezliklə sənə aşkar olar”. Bir gün Cəbrail (ə) Peyğəmbərin (s) yanına gəlir və o, ağlayırdı. Peyğəmbər (s) bunun səbəbini soruşur. Cəbrail (ə) ərz edir: “Bu qız (Zeynəb) ömrünün əvvəlindən axırına qədər daima bəla, əziyyət və qəm içində olacaqdır. Bəzən səndən ayrılmağın müsibətinə düçar olacaqdır. Bəzən anasının matəminə, sonra ürəkyandıran atasının müsibətinə, qardaşı İmam Həsənin (ə) müsibətinə düçar olacaqdır. Bu müsibətlərdən ən dərdlisi odur ki, Kərbəla müsibətinə düçar olacaqdır. Qaməti əyiləcək və saçları ağaracaqdır”. Həzrət Peyğəmbər (s) ağladı və göz yaşları içində olan üzünü Zeynəbin (s.ə) üzünə qoydu. Sonra bərkdən ağladı. Zəhra (s.ə) bunun səbəbini soruşdu. Həzrət Peyğəmbər (s) də Zeynəbin (s.ə) başına gələcək müsibətlərin bir hissəsini ona danışdı. Həzrət Zəhra (s.ə) soruşur: “Ey ata! Qızım Zeynəbin (s.ə) müsibətinə ağlayanların mükafatı nədir?” Peyğəmbər (s) buyurur: “Onun mükafatı İmam Həsən (ə) və İmam Hüseyn (ə) müsibəti üçün ağlayan insanın mükafatı kimidir”. (Deyerler.org) Oxşar xəbərlər
|