Quranı əzbərləmək üçün bəzi faydalı tövsiyələr
Quranı əzbərləmək istəyən hər bir şəxsə ilk tövsiyəmiz budur ki, bunu bir nüsxə Quran üzərindən etsin. Yəni, Quranı bir Quran kitabından əzbərləsin.
Başqa nüsxərlərə müraciət etməsin. Çünki gözünüz həmin hərflərin yazılışına adət etdiyi üçün əzbərləmək də asan olar. Quran əzbərləyən zaman qidalarınıza diqqət etməlisiniz. Çünki sizə faydalı və ziyanlı olan qidalar vardır ki, əzbər zamanı hafizənizə təsir göstərər. Faydalı qidalar. 1. Şirin şeylər yemək, xüsusilə də bal, kişmiş, halva. 2. Süd içmək və qatıq yemək. 3. Mərci və lobya yemək. 4. Zəmzəm suyu içmək. Ziyanlı olanlar. 1. Turşu yemək. 2. Yeməyi qaynar yemək. 3. Pendiri qozsuz yemək. 4. Yeyən zaman həddi aşmaq. Bəzi əməllər vardır ki, əgər onu yerinə yetirsəniz, əzbər zamanı sizə yardım edəcəkdir: 1. Saleh və bəyənilən işlər yerinə yetirmək. 2. Quran oxumaq, xüsusilə də “Ayətül-kürsü”nü. 3. Oruc tutmaq. 4. Çoxlu salavat göndərmək. 5. İşlərini proqramla yerinə yetirmək. 6. Ağzı təmiz saxlamaq və misvak etmək. 7. İdman etmək. 8. Hafizə duasını oxumaq: سبحان من لایعتدی علی اهل مملكته؛ سبحان من لایأخذ اهل الارض بالوان العذاب؛ سبحان الرؤوف الرحیم. اللهم اجعل لی فی قلبی نورا و بصرا و فهما و علما؛ انك علی كل شیء قدیر. 9. Zərərli işlərdən çəkinək. O cümlədən: a) Fasid və nalayiq işləri davam etdirmək. b) Ataya, anaya, müəllimə ədəbsizlik etmək. c) Yüksək səslə gülmək. Bu tövsiyələr Quranı əzbərləyən zaman sizə yardım edəcək, hafizənizi gücləndirəcəkdir. Bunu yadda saxlayın ki, Quranı əzbərləmək heç də asan bir iş deyildir. Ona görə də bu işdə səbirli olmaq və Allahdan yardım istəmək lazımdır. İnşəallah Allah Özü yardım edər və müvəffəq olarsınız. /Deyerler.org/ Oxşar xəbərlər
|