Həzrət Musanın (ə) əsası İmam Zamanın (ə.f) yanında olacaqdır
İmam Zaman (ə.f) elə Məsumlardandır (ə) ki, bütün peyğəmbərlərə oxşarlığı vardır. Onun eyni zamanda Həzrət Musaya (ə) da bənzəyən cəhətləri vardır ki, onlara nəzər salaq.
1. Həzrət Musanın (ə) doğumu gizli idi, İmamın (ə.f) da doğumu gizli olmuşdur. 2. Həzrət Musanın (ə) da İmam Zaman ağa (ə.f) kimi iki qeybi olmuşdur ki, biri o birisindən uzun olmuşdur. Birinci qeybi Misirdə idi və ikinci qeybi isə Pərvərdigarın Miqatına gedən zaman. 3. Allah Təala Həzrət Musa (ə) ilə söhbət edir və buyurur: “Səni Haqqa yardım etmək üçün seçmişəm”. Həzrət Qaim (ə.f) də ərşə getdiyi zaman, bu cür cümlələr dəfələrlə xitab olunmuşdur. 4. Həzrət Musa (ə) öz qəbiləsindən düşmənlərə görə gizlənmişdi. İmam (ə.f) da bu cür. 5. O zaman ki, Həzrət Musa (ə) qaib olur, qəbiləsi əziyyətdə, zillətdə və məşəqqətdə idi. İmam Zaman ağanın (ə.f) davamçıları da onun qeybi zamanında əziyyətdə və məşəqqətdədir. 6. Allah Təala buyurur: “Şübhəsiz, Biz Musaya (səmavi) kitab verdik. Beləliklə, onun barəsində (ümməti tərəfindən onun qəbul olunmasında, ümmətinin alimləri tərəfindən isə onun məzmununda) ziddiyyət yarandı”. (“Hud” 110). İmam Zaman ağa (ə.f) ilə də bu cürdür - İmam Əlinin (ə) topladığı Quranla bağlı məsələ vardır. 7. İmam Sadiq (ə) buyurur: “Musanın (ə) qəbiləsi çayla imtahana çəkilirlər. Allah buyurur: «Həqiqətən, Allah sizi bir çay ilə imtahan edəcəkdir. Odur ki, kim ondan (doyunca) içsə, məndən deyil və kim ondan içməsə məndəndir, əlinə bir ovuc su götürən istisna olmaqla (ki, o da məndəndir)”. (“Bəqərə” 249). İmamın (ə.f) səhabələri də bunun kimisi ilə imtahan olunacaqlar. 8. Allah Təala Həzrət Musanın (ə) düşmənini yerə batırdı. Həzrət Məhdi (ə.f) də düşmənlərini yerə batıracaqdır. 9. Allah Təala Həzrət Musanın (ə) qəbiləsini imtahan etmək üçün zühurunu təxirə salır. Onlar da bir buzova pərəstiş edirlər. İmam Zaman ağanın (ə.f) zühuru da buna görə təxirə düşmüşdür. 10. Həzrət Musa (ə) üçün daşdan on iki bulaq qaynayır, Həzrət Məhdi (ə.f) üçün də daşdan su və yemək çıxacaqdır. 11. Allah Təala Həzrət Musaya (ə) bir əsa inayət edir ki, onunla möcüzə etsin. Həmin əsa İmamın (ə.f) yanında olacaqdır. 12. Bəni-İsrayil Həzrət Musanın (ə) zühurunu gözləyirdilər və onlara xəbər verilmişdi ki, zühur onların əlindədir. İmamın (ə.f) da davamçıları zühuru gözləyirlər. 13. Firon Həzrət Musanı (ə) ələ keçirtmək üçün çox sayda insanı öldürür, ancaq Musanı (ə) öldürə bilmir. Bu günün fironları da İmamın (ə.f) qətlini istəyirlər, ancaq o Həzrətə (ə.f) əlləri çatmır. 14. Allah bir gecədə Musanın (ə) işlərini sahmana salır. Allah Təala İmam Zaman ağanın (ə.f) zühurunu bir gecədə həyata keçirəcəkdir. Allah Təala bizləri o Həzrətin (ə.f) müntəzirlərindən qərar versin. /Deyerler.org/ Oxşar xəbərlər
|