İbrahimin (ə) köynəyi, Musanın (ə) əsası, Süleymanın (ə) üzüyü, Peyğəmbərin (s) bayrağı və qılıncı
Bizə çatan hədislərin bəzisində oxuyuruq ki, Həzrət Qaim (ə.f) zühur edən zaman peyğəmbərlərin (ə) bütün miraslarına malik olacaqdır. İbrahimin (ə) köynəyi, Musanın (ə) əsası, Süleymanın (ə) üzüyü, Peyğəmbərin (s) bayrağı və qılıncına malik olacaqdır. Əbu Carud İmam Sadiqdən (ə) nəql edir ki, buyurur: “O zaman ki, Qaim (ə.f) zühur edəcək, Peyğəmbərin (s) bayrağı, Süleymanın (ə) üzüyü, Musanın (ə) əsası və daşı ilə zühur edəcəkdir. Sonra carçı Həzrətin əmri ilə deyəcəkdir: “Sizlərdən heç kəs özünüzlə yemək, su və ot götürməyin”. Yoldaşları deyər: “O, bizi və dördayaqlıları aclıq və susuzluq ilə həlak etmək istəyir?”. O, hərəkət edəcək və qalanları da hərəkət edəcəkdir. Həzrətin endiyi ilk yerdə həmin daşı (yerə) vuracaq və oradan yemək, su və ot çıxacaqdır. Yoldaşları və heyvanlar ondan yeyib-içəcəklər. Kufənin arxasında olan Nəcəfə çatana qədər”. İmam Sadiq (ə) buyurur: “Bütün o əşyalar (Həzrət Məhdinin (ə) yanında olan) çantada qərar tutar. Peyğəmbərlərin (ə) bütün yadiagarları Adəmin (ə), Nuhun (ə) əsası, Hudun (ə) yadigarı, Salehin (ə), İbrahimin (ə) yadigarı, Yusifin (ə) piyaləsi, Şuəybin (ə) tərəzisi, Musanın (ə) əsası, Səkinənin tabutu, orada qərar tutar. Mələklər onu həml edərlər. Davudun (ə) zirehi, Süleymanın (ə) üzüyü və tacı və peyğəmbərlərin (ə) mirası o çantada qərar tutar”. İbrahimin (ə) köynəyi. Bu köynək behişt köynəyidir ki, gözəl ətrə malikdir. Qoruyan və şəfa verəndir. Bu köynək İbrahimi (ə) atəşdən xilas etmişdir Ondan sonra İshaqa (ə), Yəquba (ə) və Yusifə (ə) miras verilmişdi. Bu, həmin köynək idi ki, Yəqub (ə) iyini Misir yolundan hiss edirdi. Bu, o köynəkdir ki, Yəqubun (ə) gözünə şəfa vermişdi. İmam Sadiq (ə) bu köynək haqqında buyurur: “Bilirsinizmi ki, Həzrət Yusifin (ə) köynəyi nə idi? O zaman ki, alov İbrahim üçün şölələndi, Cəbrayil (ə) bu köynəklə ona nazil oldu və onu geyindirir. Ona görə də soyuq və isti ona təsir etmir. Ölüm yaxınlaşan zaman onu cildləşdirib İshaqın (ə) boynuna asır. İshaq (ə) da Yəqubun (ə) boynuna asır. Yusif (ə) dünyaya gələn zaman Yəqub (ə) onu Yusifə (ə) verir. O zaman ki, Yusifə bəla üz verir, həmin cild onun qolunda idi. O zaman ki, Yusif (ə) həmin köynəyi cilddən çıxardır, Yəqub (ə) onun iyini hiss edir. Bu, həmin behişt köynəyidir. O zaman ki, bizim Qaim (ə.f) zühur edəcək, həmin köynək onunla olacaqdır”. Musanın (ə) əsası. İmamın (ə.f) ikinci mirası Musanın (ə) əsasıdır. Bu əsa Musanın (ə) möcüzələrindən biridir ki, Həzrət (ə.f) zühur edən zaman ona yardım edəcəkdir. İmam Baqir (ə) buyurur: “Musanın əsası Adəmdən idi. Sonra Şuəybin ixtiyarına keçir. Sonra Musanın. İndi bizim əlimizdədir və mənim əlimdədir. Bu əsa o gündəki kimidir ki, sanki indi yaşıl budaqdan qoparılmışdır. Bu əsa bizim Qaim (ə.f) üçün hazırlanmışdır ki, Musa (ə) kimi onu işə salacaqdır. Bu əsa qorxudacaq və hər nə atsalar, udacaqdır. İki ağzını da açacaqdır ki, biri yer üzündə və o birisi isə tavana qədər və bu iki ağız arasındakı fasilə 40 arşındır. Qarşısına nə atsalar, dili ilə udar”. Bu, həmin əsadır ki, əjdahaya çevrilmişdi. Həzrət Süleymanın (ə) üzüyü. Peyğəmbərlərin (ə) mirasından biri də Süleymanın (ə) üzüyüdür. Həzrət, Səfa tərəfdən zahir olacaqdır. Süleymanın (ə) üzüyü və Musanın (ə) əsası onunla olacaqdır. Bu üzük möcüzəvi xüsusiyyətə malikdir. Onun vasitəsilə mömini kafirdən asanlıqla ayırmaq olar. Həzrət Süleyman (ə) bu üzüyün köməyi ilə məxluqların üzərində hökmranlıq edə bilirdi. İmam Sadiq (ə) buyurur: “Allah Süleymanın padşahlığını üzükdə qərar vermişdi. Nə zaman bu üzüyü əlinə taxsa cinlər, insanlar, şeytanlar, bütün quşlar və vəhşilər yanında hazır olardılar. Ona itaət edərdilər”. İmam Əli (ə) buyurur: “(İmam Zaman (ə) nə zaman) üzüyü hər möminin üzərində qərar versə, yazılar: “Bu, həqiqətən mömindir”. Onu hər bir kafirin üzərində qərar versə, yazılar: “Bu, həqiqətən kafirdir”. Bu zaman mömin səslənər: “Ey kafir! Vay olsun sənə”. Kafir deyər: “Ey mömin! Xoş olsun halına. İstəyərdim ki, sənin kimi olum və xilas olum””. /Deyerler.org/ Oxşar xəbərlər
|