Mənəvi dietadan uzaq qalan pəhrizçilər haqda maraqlı hədis
Mьəllif: admin1
Tarix: 4-08-2020, 09:42
Mənəvi dietadan uzaq qalan pəhrizçilər haqda maraqlı hədis
İnsan fiziki quruluşuna önəm verdiyi kimi mənəviyyatına da önəm verməlidir.

İnsanın mənəviyyatı və fiziki sağlamlığı onun səadətini təmin edən iki əsas amildir. Xəstəliyə düçar olan hər bir şəxs ibadət və mənəviyyat məsələsində geridə qalar. Bu təbiətin qanunudur.

Sağlamlıq Allahın bu dünyada insana əta etdiyi ən böyük nemətdir. Əgər sağlamlıq bəndədə varsa və mənəvi dünyanı islah etmək üçün insanda heç bir fiziki qüsur yoxsa deməli növbə, ibadətlərə və Allahla münacata çatır.

Sağlamlığı yerində olan insanın, mənəviyyatından öncə daha çox kökəlmək kimi məsələlərdə pəhrizə və dietaya önəm verməsi yersiz hesab edilir. İnsan fiziki durumuna önəm verdiyi kimi mənəviyyatına və daxili aləminə də önəm verməlidir. Yoxsa o həyatında böyük məntiqi səhvə yol vermiş olar.

İnsan bəzi qidalardan uzaqlaşmaqla sağlamlığını quruluşunu qoruyub saxlamaq istəyir. Bəs o, günahların gətirdiyi ictimai və mənəvi fəsadaları necə fikirləşirmi ?!

Günahların bəzisi insanın həya abrını tez bir zamanda aparar. Bəzisi sirlərinin faş olub insanın rüsvay olması ilə nəticələnər. Bəziləri də qəfil ölüm kimi bəlalarla və xəstəliklərlə nəticələnər.

Kəşful-Qimmə əsərində İmam Səccaddan bu cür şəxslər barədə qınayan bir maraqlı hədis gəlib:

“Mən zərərlərinə görə qidalardan pəhriz edib, amma insanın abrını aparan günahlardan çəkinməyən şəxslərə görə çox təəccüb edirəm”.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031