Stress (həyəcan) və dua (Əllamə Təbatəbaidən göstəriş)
Mьəllif: admin1
Tarix: 13-08-2017, 11:28
Stress (həyəcan) və dua (Əllamə Təbatəbaidən göstəriş)
Müasir dünyada əksər xəstəliklər ya birbaşa ya da dolayısı ilə stress, həyəcanla bağlıdır. Həyəcan insan qəlbində təlatüm, gərginlikdir. Qurani-Kərim insan qəlbinin yalnız Allahı zikr etməklə aramlıq tapacağını vəd edir. 
Dua bəzən nəsə istəmək, bəzən isə sadəcə çağırışdır. Bəqərə surəsinin 185-ci ayəsində buyurulur: Bəndələrim Məni soruşduqda söylə ki, onlara yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər...
Dua insana Allahı xatırladır. Həşr surəsinin 59-cu ayəsində oxuyuruq: O şəxslərə bənzəməyin ki, Allahı unutduqları üçün Allah da onlara özlərini unutdurdu... 
İnsan xilqət etibarilə unutqandır. Bu unutqanlıq onun üçün təhlükələr yaradır. Əsil yaranış hədəfindən yayınan insanın fikri dolaşır, qəlb aramlığı pozulur. Dua insana bu təhlükələri xatırladır. İnsan dua etdikcə onda təvəkkül hissi güclənir. Duaya sarılan insanı heç bir çətinlik təlatümə gətirə bilmir.
Ənam surəsinin 82-ci ayəsində oxuyuruq: İman gətirib imanlarını zülmə və şirkə qatışdırmayanlar əmin-amanlıqdadırlar...
Mirza Əhməd Aştiyani nəql edir: Əllamə Təbatəbai buyurur ki, aramlaşmaq, sakitləşmək üçün əlinizi sinənizə qoyun, oturaq və ayaqüstü vəziyyətdə Rəd surəsinin 28-ci ayəsini bir neçə dəfə oxuyun: 

Əlləzinə amənu və tətməinnu qulubuhum bizikrillahi, əla bizikrillahi təttməinnul-qulub

الَّذِينَ آمَنُواْ وَتَطْمَئِنُّ قُلُوبُهُم بِذِكْرِ اللّهِ أَلاَ بِذِكْرِ اللّهِ تَطْمَئِنُّ الْقُلُوبُ

Tərcüməsi: O kəslər ki, Allaha iman gətirmişlər və qəlbləri Allahı zikr etməklə aramlıq tapmışdır! Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aramlıq tapar!

Vilayet.info
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930