Yoxsulluq və varlılıq – imtahandır, Allahın münasibətin göstəricisi deyil
Bəzən özümə belə sual verirəm ki, görəsən elə bir əməl vardırmı ki, icrası asan olsun və insana çoxlu xeyir gətirsin? Bu düçüncə ilə Quran oxumağa başladım və bu ayə diqqətimi cəlb etdi: “Sevdiyiniz şeylərdən(Allah yolunda)xərcləməyincə, əsla(kamil) yaxşılığa nail ola bilməzsiniz. Allah şübhəsiz ki, (Onun yolunda) xərclədiyiniz hər şeyi biləndir”. (“Ali-İmran” 92). Bu ayədən o qədər xoşum gəldi ki, onun təfsirinə müraciət etdim. Bu ayənin təfsirində deyilirdi: “Allaha iman bəsləmək, Qiyamət gününə iman bəsləmək, peyğəmbərlərə (ə) iman bəsləmək, yoxsullara yardım etmək, namaz, oruc, əhdə vəfa etmək, çətinliklər qarşısında mətanətli olmaq – hamısı bu gözəl işlərdən hesab olunur. Nəticəsi bu olur ki, insan o zaman ki, infaq edər, çox sayda yaxşılıqlara və xeyirlərə çatar. Bu xeyir işlərdən biri – yoxsullara yardım etməkdir”. Əbu Təlhə Ənsari Həzrət Peyğəmbərin (s) səhabələrindən idi və onun Mədinədə çox gözəl səfalı bir bağı var idi. Bağın gözəl bulağı var idi və Həzrət Peyğəmbər (s) nə zaman o bağa getsə idi, həmin sudan içərdi. Bu bağ Əbu Təlhəyə qazanc verərdi. Bir gün Əbu Təlhə Həzrət Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: “Bilirsən ki, mənim üçün ən sevimli şey bu bağdır. Mən onu Allah yolunda infaq etmək istəyirəm ki, Qiyamət günüm üçün ehtiyat olsun”. Həzrət Peyğəmbər (s) buyurur: “Afərin sənə, afərin sənə! Bu, elə bir sərvətdir ki, sənin üçün faydalı olacaqdır. Mən məsləhət bilirəm ki, onu ehtiyacı olan qohumlarına verəsən”. Əbu Təlhə Peyğəmbərin (s) məsləhətinə qulaq verir və onu yoxsul qohumlarının arasında bölür. İmam Səccad (ə) buyurur: “Yoxsulun və istəyənin haqqı odur ki, əgər sədəqə hazır olarsa və ehtiyacını aradan qaldıra bilərsənsə, ona sədəqə verib, çətinliyinin aradan qalxması üçün dua edib, yardım edəsən”. İnsan o zamana qədər ki, sağdır və malı öz ixtiyarındadır, gərək bu malından Allah yolunda infaq etsin. İmam Əli (ə) buyurur: “Ey Adəm övladı! Özün öz malının vəsisi ol. Bu gün elə əməl et ki, ölən zaman o cür əməl edilməsini istəyərdin”. İmam Kazım (ə) buyurur: “Allah buyurur ki, zəngini Mənim yanımda olan kərəmət və şəninə görə zəngin etməmişəm. Yoxsulu Mənə xəyanət etdiyi üçün yoxsul etməmişəm. Mən zənginləri yoxsullar vasitəsilə imtahana çəkirəm. Əgər yoxsullar olmasaydı, zənginlər heç bir zaman behiştə layiq olmazdılar”. İmam Sadiq (ə) buyurur: “Allah Təala Qiyamət günü yoxsullara və müsəlmanlara bir üzr istəyən kimi diqqət edəcək və izzət və cəlalına and içərək, buyuracaqdır: “Mən sizi dünyada xar etmək üçün yoxsul etməmişəm. Bu gün görəcəksiniz ki, sizinlə nə edirəm. Hər kim dünyada sizə ehsan etmişdir, onun əlindən tutun və onu behiştə aparın””. İmam Əli (ə) buyurur: “Mən necə gecəni tox yatım ki, ətrafımda ac qarınlar vardır?”. Bəli, edə biləcəyimiz ən gözəl əməl – infaqdır və elə bir infaq ki, sevdiyimiz şeylərdən olsun. Əgər bu dünyada meylimiz olan şeyləri infaq etsək, Allah bu infaqın əvəzini qat-qat bizə axirətdə verəcəkdir. Və bu ağıl iqtisadi böhran dövründə kasıbları unutmayaq. Oxşar xəbərlər
|