Namazdan əvvəl azan və iqamə deməyin fəlsəfəsi
Namazdan əvvəl oxunan azan və iqamənin çox böyük əhəmiyyəti vardır. Fəzl ibni Şazan İmam Rzadan (ə) nəql edir ki, buyurub: “İnsanlar ona görə azan deməyə əmr olunublar ki, çox sayda hikmət və səbəbləri vardır. O cümlədən unudanlar üçün bir yada salma, qafillər üçün ayıltmadır. O kəslər ki, namazın vaxtını bilmir, ya da başqa işlə məşğuldurlar, namaz vaxtı ilə tanış olarlar.
Azan oxuyan azan vasitəsilə insanları İlahi ibadətə tərəf səsləyər, onları İlahi pərəstişə təşviq edər. Tövhidi etiraf edərək, iman və İslamını aşkar edər, unudanlar üçün namazın vaxtının çatdığını elan edər. Azan ona görə təkbirlə başlayıb, “Lə İləhə İlləllah” ilə sona çatır ki, Allah Təala istəyir ki, hər bir iş Onun adı ilə başlayıb, Onu adı ilə sona çatsın. Təkbirdə Allahın adı əvvəldə gələr və “Lə İləhə İlləllah” da isə sonda. Azanın hər bir hissəsi ona görə iki dəfə təkrar olunur ki, eşidənlərin qulağında təkrar edilsin. Əgər birinci dəfə qəflət edibsə, ikinci dəfə qəflət etməsin. Təkbir ona görə dörd dəfə deyilir ki, azan gözlənilmədən başlayır. Ondan əvvəl elə bir kəlam yoxdur ki, eşidəni agah etsin. Ona görə də bu təkbirlər insanları sonrakı kəlamları eşitmək üçün hazırlayar. Təkbirdən sonra şəhadətlər gələr. İmanın ilk mərhələsi Allahın tövhidinə etiraf etməkdir. İkinci mərhələsi isə Peyğəmbərin (s) risalətini etiraf etməkdir. Allaha və Peyğəmbərinə (s) itaət etmək - imanın əslidir. Bu şəhadətlər də iki dəfə təkrar edilər. Hüquqda da iki şahid tələb olunar. O zaman ki, bəndə Allahın tövhidinə və Peyğəmbərin (s) risalətinə şəhadət verər, bütün imanlarına etiraf edər, çünki imanın əsası Allaha və Peyğəmbərinə (s) etiraf etməkdir. Şəhadətlərdən sonra isə namaz qılmağa dəvət edilir. Çünki azanın əsl hədəfi namaza dəvət etməkdir. Azan Allahın adı ilə də sona çatır. Necə ki, əvvəli də Allahın adı ilə olmuşdu”. İsmayil Cəfi İmam Baqirdən (ə) nəql edir ki, buyurub: “Azan və iqamə 35 kəlmədir. Bir-bir mübarək əlləri ilə onları sayır. Azan 18 və iqamə 17 kəlmədir”. İmam Baqir (ə) başqa yerdə buyurur: “Rəsulallahı (s) meracda gecə vaxtı səmaya apardılar. Beytul-məmura çatır. Namaz vaxtı çatan zaman Cəbrayil (ə) azan və iqamə deyir. Sonra İslam Peyğəmbəri (s) qarşıda durur və mələklər və qalan peyğəmbərlər (ə) isə arxada namaz üçün sıraya düzüldülər”. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim müsəlmanların şəhərində bir il azan deyərsə, behişt onun üçün vacib olar”. Hədislərin birində oxuyuruq ki: “O zaman ki, mələklər yer əhlinin azan səsini eşidərlər, deyərlər: Bu səs - Muhəmməd (s) ümmətinin Allahın vahidliyi üçün olan səsidir. Ona görə də Allaha Muhəmməd (s) ümməti üçün istiğfar edərlər, o zamana qədər ki, namazdan ayrılarlar”. İmam Sadiq (ə) buyurur: “O zaman körpə dünyaya gələr, sağ qulağına azan və sol qulağına iqamə oxunar”. Azan və iqamə oxuyan zaman nə etməli? Azan və iqamənin savabını artırmaq üçün bəzi əməlləri yerinə yetirək: azan və iqamə oxuyan zaman üzünü qibləyə çevirmək. Ayağa qalxmaq, təharətli olmaq, danışmamaq. Azanı yavaş-yavaş oxumaq, iqaməni isə ondan bir qədər sürətli şəkildə demək lazımdır. Azan və iqaməni eşidən insan yaxşı olar ki, eşitdiyi hər sözü təkrar etsin və dua etsin. O zaman ki, “Qad qamətis-salət”ə çatar, desin: “Lə hövlə və lə quvvətə illə billahil-Əliyyil-Azim”. İmam Sadiq (ə) buyurur: “O zaman ki, namaz üçün iqamə deyirsən, başqa söz demə. Çünki əgər bir söz desən, iqaməni əda etməlisən”. /Deyerler. Oxşar xəbərlər
|