İmam Zaman ağanın (ə.f) dostlarının hansı xüsusiyyətləri vardır?
Allah Təala Quranda buyurur: “Ey iman gətirənlər, sizdən kim öz dinindən dönsə (Allaha bir ziyan vurmaz), Allah tezliklə Özünün sevdiyi və Onu sevən bir dəstəni gətirər.
(Onlar) möminlərin qarşısında ram və təvazökar, kafirlərin qarşısında isə qüdrətli və qalibdirlər, Allah yolunda cihad edir və heç bir tənə vuranın tənəsindən qorxmurlar. Bu (iman, məhəbbət və şücaət), Allahın lütfüdür ki, onu istədiyinə verir. Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir”. (“Maidə” 54). Allah Təala bu ayədə İlahi risaləti yerinə yetirəcək insanların sifətlərini bəyan etmişdir. 1. Onlar Allaha aşiqdirlər və Onun razılığından savayı, heç nə düşünmürlər. 2. Möminlərə qarşı təvazökardırlar. 3. Zalımlara qarşı qüdrətlidirlər. 4. Allah yolunda cihad etmək – onların işidir. 5. Dində sabitqədəmdirlər və tənə vuranlardan qorxmurlar. Bəli, bu insanlar üstün sifətlərə malik olub, dində sabitqədəmdirlər. Ayənin sonunda Allah Təala buyurur ki, bu, İlahi lütfdür və Allah onu istədiyinə verər. Bu ayədə zikr olunan sifətlər İmam Zaman ağanın (ə.f) tərəfdaşlarının sifətləri ilə eynidir. Hədilsərimiz də buyurur ki, bu ayə İmam Zaman ağa (ə.f) və onun səhabələri haqqında nazil olmuşdur. İmam Cəfər Sadiq (ə), İmam Zaman ağanın (ə.f) dostlarının sifətlərini bizə tanıtmışdır ki, bu ayədə zikr olunan sifətlərlə eynidir. 1. Möhkəm qəlbə malikdirlər. 2. Vəsvəsədən uzaqdırlar. Allaha qarşı heç bir zaman şəkk etmirlər. 3. Bərəkət istəyənlərdirlər. Atlarının üstündə əllərini İmamın (ə.f) atının yəhərinə çəkərlər və təbərrük axtararlar. 4. Fədakardırlar. İmam Zaman ağanın (ə.f) varlığının şamını pərvanə kimi əhatə edib, onu canları ilə qoruyurlar. 5. Gecə oyaq qalan və münacat əhlidirlər. Gecə oyaq qalan kişilərdir ki, gecələri yatmırlar və namazlarının zümzüməsi arıların nəğməsi kimi qulaqlara çatar. 6. Xalis itaət edəndirlər. Onlar İmamın (ə.f) qarşısında itaətkar quldan da itaətkardırlar. 7. Qəlbləri nuranidir. Sanki qəlbləri nurani məşəldir. (İslami saytlara istinadən) Oxşar xəbərlər
|