Əhli-sünnə mənbələrində Əhli-Beytin (ə) məsumluğunun təsdiqi
![]() Hədisdən sonra Tirmizi hədisin mötəbərliyini təsdiqləyib. Gördüyümüz kimi, Həzrət Peyğəmbər (s) Əhli-Beytin (ə) günahlardan uzaq olmaları üçün dua edir və eyni zamanda Həzrət (s), Əhli-Beytinin kimlərdən ibarət olmasını dəqiq bildirir. Müslüm özünün "Səhih"ində, hədis 2424-də nəql edir: “Aişə xanım buyurub: "Həsən ibn Əli (ə) gəldi və Peyğəmbər (s) onu qara yundan düzəldilmiş örtüyə daxil etdi. Sonra isə Hüseyn (ə) gəldikdə, onu da örtüyə daxil etdi. Sonra Fatimə (s.ə) gəldi və onu da örtüyə daxil etdi. Sonra isə Əli (ə) gəldi və Həzrət (s) onu da örtüyə daxil etdi. Sonra isə Peyğəmbər (s) dedi: "Ey Əhli-Beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!". Tirmizi hədis 3206-da nəql edir: “Ənəs ibn Malik buyurub: Peyğəmbər (s) sübh namazına çıxarkən altı ay qızı Fatimənin (s.ə) qapısına gedib, belə deyərdi: "Ey Əhli-Beyt! Namazdır. Ey Əhli-Beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!". “Əhzab” 33-ü oxuyardı. Tirmizi hədisin mötəbərliyini təsdiqləyib. Gördüyümüz kimi, əziz Peyğəmbərimiz (s) İmam Əli (ə), Xanım Fatimə (s.ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə) üçün “Əhzab” surəsinin 33-cü ayəsinin axırını oxuyur və ayədə buyurulduğu kimi, məhz konkret bir evə müraciət edir. Allahverdi Əlizadə “Dəyərlər”in oxucusu Oxşar xəbərlər
|