Əhli-Beytin (ə) keçmiş elmi, gələcək elmi və qəza elmi
İmam Zaman ağa (ə.f) buyurur: “Biz Əhli-Beytin (ə) elmi üç növdür: keçmiş elm, gələcək elm və qəza elmi. Keçmiş elm – təfsirdir. Gələcək elm – xüsusidir. Qəza elmi – qəlbə salmaq və qulaqlara zümzümə etməkdir. Bu hissə - bizim ən üstün elmimizdir. Bizim Peyğəmbərdən (s) sonra başqa bir rəsul olmayacaqdır”. Hədisin şərhi Bu hədis, İmam Zaman ağanın (ə.f) Əli ibn Muhəmməd Səmərinin məktubuna cavabın bir hissəsidir. Mərhum Məclisi bu üç elmin təfsirində buyurur: “Keçmiş elm – o elmdir ki, Peyğəmbər (s) Əhli-Beyt (ə) üçün təfsir etmişdir. Həmçinin peyğəmbərlərin və keçmiş ümmətlərin başına gələn hadisələrə də şamil olur. Gələcək elm – o elmdir ki, gələcəyə aiddir. Yəni, gələcəkdə olması mütləq olan hadisələr nəzərdə tutulur. İmam (ə.f) ona görə bu elmi xüsusi kimi təfsir etmişdir ki, gələcəyə aid olan hadisələr Əhli-Beytə (ə) aid olan bir elmdir, yəni xüsusi elmdir. Qəza elmi dedikdə, o elm nəzərdə tutulur ki, İlahi ilham mələk olmadan insana verilər. Yəni, burada mələk vasitəçilik etməz, birbaşa olar. Üçüncü elmin fəzilətli olmasının səbəbi budur ki, İlahi ilham istər vasitəli olsun, istərsə də vasitəsiz – Əhli-Beytə (ə) aiddir. İmam (ə.f) ona görə sonda buyurur ki, Həzrət Peyğəmbər (s) sonuncu rəsul idi, çünki insanlara edilən İlahi ilhamlar onları şübhəyə salmasın və düşünməsinlər ki, bəlkə onlar da peyğəmbərdirlər”. Oxşar xəbərlər
|