Heç kəsi zorla behiştə aparmaq olmaz
Mьəllif: admin1
Tarix: 31-03-2016, 22:01
Heç kəsi zorla behiştə aparmaq olmaz

Heç kəsi zorla behiştə aparmaq olmaz. Bu cümlə müasir insanların ağzından çox edilən cümlədir. “Bəqərə” surəsinin 256-cı ayəsinə istinad edərək,
deyirlər: “Dində (əqidənin əsasalarında) məcburiyyət yoxdur”. Halbuki, Quranın başqa bir ayəsi də vardır ki, buyurur:“Və əgər sənin Rəbbin (yaradılış iradəsi ilə) istəsəydi, yer üzündə olanların hamısı mütləq bütünlüklə məcburi surətdə iman gətirərdilər. (Lakin Allah məcburiyyət olmadan iman gətirilməsini buyurmuşdur). Yoxsa sən camaatı zorla mömin olmağa məcbur edəcəksən?!”. (“Yunus” 99).
Bu ayədə Allah Təala Peyğəmbərindən (ə) soruşur ki, sən insanları zorla imana gətirmək istəyirsən? Halbuki, Allah Özü bütün insaları mömin etməyə qadirdir. Lakin bu cür imanın faydası yoxdur. Ona görə də Allah bu işi görməkdən əl çəkmişdir. Ona görə də peyğəmbərinə (ə) buyurur ki, sən də bu işdən əl çək. İnsanların xataya düşməsindən əziyyət çəkmə. (Tebyan)
İman gərək qəlbdən gəlsin. Əgər ürəkdən gəlməzsə, iman deyildir. Ona görədir ki, Allah Təala peyğəmbərini (ə) bu işi görməkdən çəkindirir.
Lakin hər bir möminin bir vəzifəsi vardır ki, nə zaman mömin qardaşının pis işini görsə, onu çəkindirsin və əmr-be-məruf etsin. İslam dininin əsasında azadlıq durur. Ona görə də dini qılınc gücünə yaymağın tərəfdarı deyildir. Onu faydasız hesab edir. Heç kəsin əqidəsini zor gücünə dəyişdirmək olmaz. Bəlkə yol göstərərək, nəsihət verərək və izahat verərək bir insanı yanlış yoldan qaytarmaq olar. Qalan iş – həmin şəxsin öz seçimindədir.
Möminlər öz imanları ilə təsdiq edirlər ki, Allahın dininə riayət edirlər. Dini azad şəkildə seçirlər. Onun əhkamı və əmrləri qarşısında mütidirlər. Bu müti olmaq hissi imana sədaqətdən qaynaqlanır.
Quran buyurur ki, əgər dini qəbul edirsənsə, gərək onun bütün əhkamına əməl edəsən. Bir əhkamı qəbul edib, o birisinə arxa çevirməyəsən.
O zaman ki, möminlər şəhərinə daxil olursan, gərək Allahın əmrlərinə əməl edəsən. İnsan dinini seçməkdə azaddır. Çünki İslam dini hər bir insanın əqidə və seçiminə hörmət qoyan bir dindir. Ona görə də peyğəmbərlər (ə) bizim düz seçim etməyimiz, düz yolun aydın olması üçün məbus olublar. Düz yolu seçməkdə belə, məcburiyyəti qəbul etmirlər.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930