İmam Səccadın (ə) zarafat xatirinə deyilən yalan haqda kəlamı
Mьəllif: admin1
Tarix: 1-04-2024, 12:57
İmam Səccadın (ə) zarafat xatirinə deyilən yalan haqda kəlamı
Zarafat xatirinə deyilən yalan insanı böyük günahı etməyə və daha böyük yalanlara əl atmağa vadar edəcəkdir.

Aprelin biri bəzi ölkələrdə gülüş və zarafat, bir sıra ölkələrdə isə əbləhlər günü kimi qeyd edilir. Buna görə də aprelin birində insanlar bir-birinə zarafatla yalan deməkdən çəkinmirlər.

Bəzən insanlar aprelin birində zarafatcasına dedikləri yalanla insanları yüzlərlə km məsafəni qət etməyə məcbur edirlər.

Bəziləri isə kiminsə ölüm xəbərinin verməkdən belə çəkinmir, insanların narahatlığına səbəb ola biləcək zarafatları və yalanları dilə gətirirlər.

Nəticədə yalan deyən şəxs ciddilikdən düşür və yüngül xasiyyətli şəxs kimi formalaşır.

İmam Zeynul-Abidindən (ə) nəql edilən bir hədisə görə zarafat xatirinə deyilən yalan kiçik yalan hesab edilir.

"Yalanın böyük və kiçiyindən, ciddi və zarafatından çəkinin, çünki insan kiçik yalanı deyərsə böyük yalanı deməyə də alışacaq"

Zarafat xatirinə deyilən yalan insanı böyük günahı etməyə daha böyük yalanlara əl atmağa vadar edəcəkdir.

Həzrət Əli bu haqda buyurur: "Yalan zərər gətirər, istər ciddisi olsun istərsə də zarafat xatirinə"

Bundan əlavə deyilmə səbəbindən asılı olmayaraq, yalan insanın ruzisinin də əlində çıxmasına səbəb olur. Bu məsələ Məhəmməd Peyğəmbərdən (s) nəql edilmiş hədisdə öz əksini tapmışdır.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930