Bu 3 dəstə İmam Zaman ağaya (ə.f) yardım edəcək
Mьəllif: admin1
Tarix: 4-05-2022, 11:18
Bu 3 dəstə İmam Zaman ağaya (ə.f) yardım edəcək

İmam Zaman ağanın (ə.f) qiyamı zamanı üç dəstə yardım edəcəkdir:

Birinci dəstə. İmam Zaman ağanın (ə.f) ətrafında toplanıb ilk ona yardım edəcək kəslər – 313 nəfər xüsusi dostlarıdır ki, Həzrətin (ə.f) ordusuna rəhbərlik edəcəklər.

İmam Cavad (ə) bu haqda buyurur: “Bədr səhabələrinin sayı qədər 313 nəfər səhabələr, Yer kürəsinin uzaq nöqtələrindən onun ətrafında hazır olacaqlar”.

İkinci dəstə. On min nəfərlik ordudur ki, İmamın (ə.f) ən yaxın tərəfdaşlarından təşkil ediləcəkdir. Bu ordu toplanan kimi, İmamın (ə.f) qiyamı başlayacaqdır.

İmam Cavad (ə) buyurur: “On min kişidən ibarət olan əqd kamil olan kimi, Əziz və Cəlil Allahın izni ilə qiyam edəcəkdir”.

Üçüncü dəstə. Zülmdən yorulmuş insan toplumudur ki, İmama (ə.f) yardım etmək üçün ona qoşulacaqlar.

Həzrət Peyğəmbər (s) buyurur: “Yer üzü nuru ilə aydınlanar və hökuməti dünyanın şərq və qərbinə çatar”.

İmam Sadiq (ə) buyurur: “Hər kim Həzrət Qaimin (ə) dostlarından olmaq istəyirsə, gərək müntəzir olsun. O zaman ki, müntəzirdir, təqva ilə əməl etsin və gözəl əxlaq əsasında rəftar etsin”.

İmamın (ə.f) 313 nəfər ən xüsusi dostları hansısa irq və diyardan deyildirlər, dünyanın hər yerindəndir.

İmam Cavad (ə) buyurur: “Səhabələri Bədr əhlinin sayı qədər ona tərəf toplanarlar, Yer kürəsinin ən uzaq nöqtələrindən olan 313 nəfər”.

Əlbəttə bəzi hədislərdə bu 313 nəfərin bəzilərinin adları və ölkələri bəyan edilmişdir. Ancaq əlimizdə olan dəqiq məlumat budur ki, bu insanlar dünyanın müxtəlif yerlərindən olacaqdır.

Bu 313 nəfərin ən mühüm xüsusiyyətləri.

1. Allah Təalaya olan dərin elmi. İmam Sadiq (ə) buyurur: “Onlar o insanlardır ki, ürəkləri dəmir parçası kimidir. Allahın müqəddəs zatına qarşı heç bir şübhələri yoxdur.

Onlar gecə oyaq qalan insanlardır ki, namazlarının zümzüməsi arıların səsi kimi qulaqlara çatar. Gecələri oyaq qalaraq başa vurarlar və atların belində Allaha təsbih edərlər”.

2. İmama (ə.f) olan dərin elm. İmam Səccad (ə) buyurur: “Onlar İmam Məhdinin (ə.f) imamətliyinə inanırlar”. Bu dərin elmin nəticəsi – İmama (ə.f) olan sonsuz eşqdir.

3. İxlaslıdırlar. İmam Cavad (ə) buyurur: “O zaman ki, onun üçün bu 313 ixlas əhli cəm olacaq, Allah onun əmrini zahir edəcəkdir”.

4. Şücaətlidirlər. İmam Sadiq (ə) buyurur: “Sanki mən Kufədə Qaimə (ə.f) və səhabələrinə nəzər salıram. Səcdələr alınlarına təsir etmişdir, gündüzün şirləri və gecənin rahibləridirlər”.

Hər kim İmamın (ə.f) bu xüsusi səhabələrindən olmaq istəyir, gərək bu dörd sifətə malik olsun və həqiqi müntəzirlərdən olsun.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930