Qiyamətdə həzrət Əlinin (ə) dərəcəsinə yüksələcək insanlar
Mьəllif: admin1
Tarix: 2-04-2016, 16:25
Qiyamətdə həzrət Əlinin (ə) dərəcəsinə yüksələcək insanlar
İmam Mehdinin zühur etməsini gözləməyə dini ədəbiyyatda İntizar deyilir. İntizar ilkin olaraq həyat xüsusiyyətidir. İntizar insanda hazırlıq yaradan ruhi bir keyfiyyətdir. İntizarın ziddi ümidsizlkidir. İnsanda intizar hissi gücləndikdə onun hazırlığı da artır. Əgər insan kiminsə yolunu gözləyirsə, vəd olunmuş vaxt yaxınlaşdıqca görüşə hazırlıq da yüksəlir. Bəzən intizar halı elə bir həddə çatır ki, insanın gözündən yuxusunu alır. Demək, gözlənilən işə və ya kəsə məhəbbət artdıqca intizar dərəcəsi də artır. İntizarı çəkilən şəxsin yubanması ağır bir dərdə dönür. Belə ki, gözü yola dikilmiş insan bütün dərdlərini, problemlərini yaddan çıxarır.

İslami hədislərdə oxuyuruq ki, Peyğəmbər ümməti üçün ən fəzilətli əməl Həzrət Mehdinin (ə) zühurunun intizarıdır, yəni intizarın əməli xüsusiyyəti, həyata yol tapmaqdır. İmam öz zühuru intizarında olduğu kimi ümmət də öz imamının intizarını çəksin. İntizar halında ən yaxşı yol qeybdə olan imamla bağlılıq, həmdərdlikdir. İmamın cəmiyyətdə hüzurunu gözləmək, ona beyətin ilkin yoludur. Çünki hüzurun intizarında olmaq vəd olunmuş imamın məqsədlərini yada salır, agahlıq üçün zəminə yaradır. İntizar çəkməmək zühurdan öncə və zühur vaxtı qəflət, düşüncəsizlik, biganəlik mənasındadır. İntizarda olan cəmiyyəti ən sarsıdıcı hadisə belə məyus edə bilmir. Belə bir cəmiyyət daim öz imamına iqtida edib məqsəddən yayınmır. O, elə bir imamdır ki, əsrlər boyu davam edən üzücü hadisələrdən sarılmamış öz yolundan dönməmişdir.

Bəharul-Ənvar əsərində İmam Əlidən nəql edilən bir hədisdə, Mehdinin qeybi dövründə dinində qalan və daima onun intizarında olan şəxs barədə belə buyurulur:
“Bilin və agah olun ki, onlardan hər biri dinində qalsa və imamın qeybdə olması müddətinin uzanmasına görə qəlbi qəsavət bağlamasa (İmamı və zühurunu inkar etməsə və intizarda qalsa) qiyamətdə mənim dərəcəmdə mənlə olacaq”.islaminsesi\

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930