Qarışqanın misalında birgəyaşayış fəlsəfəsi
Mьəllif: admin1
Tarix: 12-12-2014, 21:10
Qarışqanın misalında birgəyaşayış fəlsəfəsi

Nəhayət, (onlar) «Vadin-nəmlə» (Taifdəki, ya Şamdakı qarışqa vadisinə) endikdə, bir qarışqa (hamıya elan etmək məqsədilə) dedi: «Ey qarışqalar, yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi əzməsinlər!»”. (“Nəml”18).

Süleyman (ə) öz ordusu ilə hərəkət edirdi. Qarışqa onu görən zaman başqa qarışqalara dedi: “Ey qarışqalar, yuvalarınıza girin ki, ordu sizi əzməsin”. (Tebyan)

Bu ayədən çıxartdığımız nəticələr:

- Heyvanlar öz şüurları ilə yaşadıqları yeri seçərlər.

- Heyvanlar da öz aralarında danışır və bir-birini əmr-be-məruf və nəhy-əz-munkər edərlər.

- Qarışqaların da arasında insanlarda olduğu kimi rəhbər, xəbər ötürən və itaət edənlər vardır.

- Heyvanların özünəməxsus şüurları vardır. Onlar ziyan və zərəri tanıyırlar. Bir-birini xəbərdar edərlər.

- Ziyanı dəf etmək ehtimalı heyvanlarda da vardır.

- O kəs ki, təhlükə hiss edəndə başqa birini xəbərdar etməzsə, demək, qarışqadan da alçaqdır.

- Yol gedən zaman diqqət edək ki, qarışqanı tapdalamayaq.

- Peyğəmbərlər də başqaları kimi yaşayırlar.

- Rəhbərin fəsad etməsi insanların fəsad etməsinin başlanğıcıdır.

- Qarışqa insanları və hətta onların peşəsini belə tanıyır.

- İlahi övliyalar heç qarışqaya belə ziyan vurmazdılar.

- Qarışqa Süleymanın (ə) ədalətindən xəbərdar idi və bilirdi ki, Süleyman heç bir qarışqaya zülm etməz.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930