Ayə və hədislərdən sonra ən gözəl sözlər namaz haqqında - Seyyid Əli Xamnei
Mьəllif: admin1
Tarix: 17-12-2014, 01:25
Ayə və hədislərdən sonra ən gözəl sözlər namaz haqqında  - Seyyid Əli Xamnei

Namaz günün müxtəlif saatlarında bir oyanış zəngi və xatırlatmadır: insana proqram verir, ondan öhdəlik istəyir, gündüzünə-gecəsinə məna verir, ötən anların hesabını sorur, insanın başının qarışdığı, zamanın ötməsindən və ömrün bitməsindən xəbərsiz olduğu zaman onu çağırır, bir günün ötməsini və bir günün başlanmasını ona başa salır. Namaz deyir ki, fəaliyyət göstərməlisən, öhdənə daha böyük məsuliyyət götürməlisən, daha mühüm iş görməlisən, çünki əməl imkanı verilən ömrün bir hissəsi başa çatdı. Daha artıq çalışmaq və daha çox inkişaf etmək lazımdır, çünki məqsəd böyükdür. Fürsət bitmədən ona nail olmaq lazımdır.
Seyyid Əli Xameneyi (h)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930