İMAMƏT
Mьəllif: admin1
Tarix: 13-04-2014, 18:25
İMAMƏT


Quran:
«Bu gün dininizi kamala yetirdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim.»

İmam Əli (ə):«İmamət ümmətin (işlərinin) nizamıdır.»

İmam Baqir (ə):«İslam beş sütun üzərində möhkəmlənib: namaz, zəkat, oruc, həcc və vilayət. Heç bir şeyə vilayət qədər dəvət olunmayıb.»

İmam Sadiq (ə):«Əgər bəndələr Allah tərəfindən olmayan zalım rəhbəri rəhbər kimi qəbul etsələr Allah onların yerinə yetirdikləri yaxşı əməlləri qəbul etməyəcəkdir.»

İmamKazim (ə):«İmamət nur və işıqdır, Allah-taalanın «Allaha, Onun Peyğəmbərinə və nazil etdiyimiz nura iman gətirin!»(ayəsində) buyurduğu nur! (İmam sonra) buyurdu: Nur həmin imamdır.»

İmam Rza (ə):«Peyğəmbərin(s) ömrünün son ilində yerinə yetirilmiş vida həccində «Bu gün dininizi kamala yetirdim...» (ayəsi) nazil oldu. İmamət məsələsi dinin kamilliklərindəndir.»

İmam Rza (ə):«İmamət İslamın boy atmaqda olan təməli və onun ucaldılmış qoludur.»

İmam Rza (ə):«İmamət dinin cilovu, müsəlmanların işlərinin nizamı, dünyanın düzəlməsi və abadlığı, möminlərin izzət və başucalığıdır.»

İmamətin nübüvvətdən üstünlüyü.
Quran:

«(Yadına sal ki,) İbrahimi öz Rəbbi bir neçə sözlə imtahana çəkdiyi zaman o Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda Allah ona«səni insanlara imam təyin edəcəyəm» dedi.»

İmam Sadiq (ə):«Allah-taala İbrahimi peyğəmbərliyə seçməmişdən qabaq onu bəndəliyə götürdü və onu risalət məqamına seçməmişdən qabaq nübüvvətə çatdırdı. Həmçinin onu dostluğa seçməmişdən qabaq öz rəsulu etdi və onu öz imamı etməmişdən qabaq öz dostu etdi. Bu məqamların hamısını onda toplayandan sonra buyurdu: Mən səni insanların imamı və başçısı təyin etdim.»

Höccətin (ilahi rəhbərin) zəruriliyi.
Höccət (Allah tərəfindən təyin edilmiş ilahi rəhbərlərdir.Allah onları təyin etmişdir ki, Qiyamət günü insanlar bəhanə gətirib deməsinlər ki,dünyada bizə bir yol göstərən yox idi.)

İmam Baqir (ə) və ya İmam Sadiq (ə):«Allah yer üzünü alimsiz qoymayıb və əgər belə olmasaydı haqq ilə batil bir-birindən seçilməzdi.»

İmam Sadiq (ə):«Yer üzü yarandığı gündən heç vaxt insanların unutduqları haqqı dirçəldən, hər şeyi bilən höccətsiz qalmayıb. (İmam Sadiq (ə)) sonra bu ayəni oxudu:«Öz ağızları ilə Allahın nurunu söndürmək istəyirlər...»

Höccət tanınmış imamdır.
İmam Sadiq (ə):«Allahın yaratdıqlarına höccəti tanınmış imamsız bərqərar olmaz.»

Bəzən höccət qorxu içində və ya naməlum olur.

İmam Əli (ə):«Bəli, elədir! Yer üzü Allahın yaratdıqlarına höccətlərini bərqərar edən kəsdən istər aşkar və məhşur olsun, istərsə də qorxu içində və naməlum – boş olmur ki, Allahın dəlil və sübutları aradan getməsin.»
İmam Baqir (ə):«Yer üzü imamsız – istər aşkar olsun və ya gizlin qalmır.»
İmam olmasa yer üzü bir-birinə dəyər.
İmam Sadiq (ə):«Əgər yer üzü imamsız qalsaydı bir-birinə dəyər, dağılardı.»
İmam Sadiq (ə):«Yer üzündə həmişə höccət mövcuddur. Çünki insanları höccətdən başqa bir şey islah etməz və yer üzünü ondan başqa bir şey abadlaşdırmaz.»

Hər bir ümmət öz imamı ilə çağrılacaqdır
Quran:


«Elə bir gün ki, (Qiyamət günü) bütün insanları öz imamları ilə birlikdə çağıracağıq.»

On iki imam.

Allahın Peyğəmbəri(s):«Nə qədər ki, camaata on iki kişi hakimdir, onların işləri qaydasında olar….. Onların hamısı Qüreyşdəndir.»

İmamı tanımaq.
İmamı tanımaq.
Allahın Peyğəmbəri(s):«Kim imamını tanımamış ölsə cahiliyyət ölümü ilə ölüb.»[393]
Allahın Peyğəmbəri(s):«Kim imamı olmadan ölsə cahiliyyət ölümü ilə ölüb.»
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930