QORXU
Qorxu. (Allah qorxusu)
Allahın Peyğəmbəri (s):«Hikmətin başı Allah qorxusudur.» Allahın Peyğəmbəri (s):«Hamıdan çox Allahdan qorxan kəs, Allah yanında ən ali məqam sahibi olan insandır.» Allahın Peyğəmbəri (s):«Üç şey insana nicat verər: …və gizlində Allahdan sanki Onu görürmüş kimi qorxmaq. Çünki sən Onu görməsən də, O səni görür.» Allahın Peyğəmbəri (s):«Allahı daha çox tanıyan, Allahdan daha çox qorxar.» İmam Əli (ə):«Allah qorxusu, Allahı tanıyanların köynəyidir.» İmam Səccad (ə):«Ey Adəm övladı! Allah qorxusu sənin altdan geydiyin paltar və qəm-qüssə üstdən geyindiyin geyim olanadək daim xeyir-bərəkət içində olacaqsan.» Mömin iki qorxu arasında yaşayır İmam Sadiq (ə):«Mömin iki qorxu arasında yaşayır: Keçmişdə etdiyi günaha görə qorxur və Allahın həmin günahları bağışlayıb bağışlamadığını bilmir. Eləcə də, qalan ömrünə görə qorxur və bilmir ki, bu müddətdə ölümə səbəb olan hansı gunahları edəcək. Beləliklə, mömin daim qorxu içindədir və qorxudan başqa heç nə onu islah etməz.» Mömin qorxu və ümidlə yaşayır Allahın Peyğəmbəri (s):«Əgər Allahın rəhmətinin ölçüsünü bilsəydiniz, ona arxalanıb az bir əməldən başqa heç nə etməzdiniz. Əgər Allahın qəzəbinin ölçüsünü bilsəydiniz, heç vaxt nicat tapmayacağınızı düşünərdiniz.» İmam Sadiq (ə):«Allaha elə ümidvar ol ki, səndən günah etmək qorxusunu götürməsin və Allahdan elə qorx ki, səni Onun rəhmətindən məyus etməsin.» İmam Sadiq (ə) :«Atam buyurardı:Elə bir mömin bəndə yoxdur ki, qəlbində iki nur olmasın: qorxu nuru və ümid nuru. Əgər onların hər ikisi tərəziyə qoyulsa, biri-digərindən ağır gəlməz.» Allahdan qorxanın əlamətləri İmam Əli (ə) :«Öz Rəbbindən qorxan kəs zülm etməkdən çəkinər.» İmam Sadiq (ə):«Bəndə, qorxan və ümidvar olmayınca mömin olmaz. Qorxu və ümid onu (xeyir) əmələ çəkməyincə, qorxan və ümidvar olmaz.» İmam Sadiq (ə):«Qorxan kəs odur ki, qorxu onunçün danışan dil saxlamasın.» Qorxunun izahı İmam Əli (ə):«Allahın zülmündən qorxmayın (Çünki o heç kəsə zülm etməz), özünüz özünüzə zülm etməkdən qorxun.» İmam Əli (ə):«Öz günahından başqa heç nədən qorxma, öz Rəbbindən başqa heç kəsə ümid bağlama.» İmam Əli (ə):«Allahdan qorxduğun zaman Ona tərəf qaçırsan, məxluqdan qorxduğun zamansa ondan qaçırsan.» Qorxunun nəticələri Allahın Peyğəmbəri (s):«(Yolun təhlükəsindən və quldurlardan) Qorxan kəs gecə vaxtı hərəkət edər. Gecə hərəkət edən kəs mənzil başına çatar. Bilin ki, Allahın malları çox bahalıdır. Bilin ki, Allahın malı Cənnətdir.» Allahın Peyğəmbəri (s):«Allah-taala buyurmuşdur:Öz izzəti cəlalıma and olsun, bəndəm üçün iki qorxunu və iki asayişi birlikdə yaratmaram. Beləliklə, əgər (bəndə) dünyada özünün Məndən amanda olduğunu bilsə, Qiyamət günü onu qorxudaram və əgər dünyada Məndən qorxarsa, Qiyamət günü ona asayiş bəxş edərəm.» İmam Əli (ə):«Qorxu nəfsi günahlardan çəkindirər və onun itaətsizliyinin qarşısını alar.» İmam Əli (ə) :«Qorxusu (və ehtiyatı) çox olan az ziyan görər.» İmam Əli (ə):«Qorxunun meyvəsi asayişdir.» İmam Həsən (ə):«Kim Allaha bəndəlik etsə, Allah bütün əşyaları onun bəndəsi edər.» İmam Sadiq (ə):«Kim Allahdan qorxsa, Allah hər şeyi ondan qorxudar və kim Allahdan qorxmasa. Allah-taala onu hər şeydən qorxudar.» İmam Hadi (ə):«Kim Allahdan qorxsa hamı ondan qorxar.» Allahdan qeyrisindən qorxmaqdan çəkindirmək Allahın Peyğəmbəri (s):«Allahın Adəm övladına hökmran təyin etdiyi elə bir kəs olmayıb ki, Adəm övladı ondan qorxmasın. Əgər Adəm övladı Allahdan qeyrisindən qorxmasaydı, Allah-taala özündən başqa heç kəsi onun üzərində hakim təyin etməzdi. Adəm övladı ümid etdiyi kəsdən başqa heç kəsə tapşırılmadı. Əgər Adəm övladı Allahdan qeyrisinə ümid bəsləməsəydi, Allahdan başqa bir kəsə tapşırılmazdı.» Allahın Peyğəmbəri (s):«Xoş o kəsin halına ki, Allah qorxusu onu insanlardan qorxmaqdan çəkindirmişdir.» Allahın Peyğəmbəri (s):«Allah yolunda heç bir məzəmmət edənin danlağından ürəyinə qorxu salma.» Bir şeydən qorxanda münasib rəftar İmam Əli (ə):«Bir işdən qorxan zaman özünü onun ağuşuna at. Çünki o işdən bərk qorxmaq, o işə başlamaqdan daha çətin və daha çox ziyanlıdır.» İmam Əli (ə):«İşin çətinliyindən və ağırlığından qorxanda onun müqabilində dəyanət və əyilməzlik göstər ki, o iş sənə ram olsun. Hadisələr qarşısında çıxış yolu ara ki, işlərin sənə asan olsun.» Müxtəlif İmam Əli (ə):«Heç kəsi qorxutmayan kəs, heç vaxt qorxmaz.» İmam Sadiq (ə):«Qorxduğun bir yerə daxil olan zaman bu ayəni oxu:«Rəbbi ədxilni mudxələ sidqin vəəxricni muxrəcə siqgin vəcəl li min lədunkə sultanən nəsira.» (Yəni, ey Rəbbim. Məni həqiqi girişdən daxil və hə¬qiqi çıxış yerindən xaric et, öz tərəfindən mənim üçün bir qüdrətli köməkçi təyin et) Qorxduğun bir kəsi gördüyün zaman ayətəl -kürsü oxu.» İmam Rza (ə):«Azda (günahda) Allahdan qorxmayan, çox (günahda) da Ondan qorxmaz. Oxşar xəbərlər
|