ƏDƏB
Mьəllif: admin1
Tarix: 13-04-2014, 18:51
İmam Əli (ə):«Ədəb insanın kamalıdır.»
İmam Əli (ə):«Ey mömin! Sənin canının qiymət və dəyəri bu elm və ədəbdir.» Odur ki, bu iki şeyi əldə etməyə çalış! Çünki elm və ədəbin hər nə qədər artsa qədir-qiymətin də bir o qədər artar.»
İmam Əli (ə):«Ədəb xislətlərin ən gözəlidir.»
İmam Əli (ə):«Ataların övladları üçün qoyduqları ən yaxşı miras ədəbdir.»
İmam Əli (ə):«İnsanlar qızıl-gümüşdənsə gözəl ədəbə daha çox möhtacdırlar.»
İmam Əli (ə):«Gözəl ədəb ən üstün əsil-nəsəb və ən yüksək qohumluqdur.»
İmam Əli (ə):«Ədəb öyrən! Çünki o, əsil-nəcabət şərəfinin zinətidir.»
İmam Əli (ə):«Gözəl ədəb əsil-nəcabət şərəfini əvəz edir.»
İmam Əli (ə):«Ədəbdən xeyirli şərəf yoxdur.»
İmam Əli (ə):«Ədəbi olmayanın əsil-nəcabət şərəfi puç olar.»
İmam Əli (ə):«Sizin zinətiniz ədəbdir.»
İmam Əli (ə):«Ədəb kimi zinət yoxdur.»

Ədəb və ağıl.
Allahın Peyğəmbəri(s):«Gözəl ədəb ağlın zinətidir.»
İmam Əli (ə):«Hər şey ağla möhtacdır, ağıl isə ədəbə.»
İmam Əli (ə):«Ədəb insanda kökü ağıl olan ağac kimidir.»
İmam Əli (ə):«Kimin ədəbi ağlını ötsə o, çoxlu qoyunlar arasında olan çoban kimidir.»
İmam Hüseyn (ə):«Ağlı olmayanın ədəbi olmaz.»

Nəfsin ədəbləndirilmə və tərbiyəsi.
İmam Əli (ə):«Nəfslərinizi tərbiyə etməyi öhdənizə götürün və onları adətlərin onlara hakim olmasından saxlayın.»
İmam Əli (ə):«Özü-özünün müəllimi və tərbiyəçisi olan kəs camaata müəllim və tərbiyəçi olan şəxsdən daha təqdirəlayiqdir.

Ədəbin nəticəsi
Tuhəful-uqul:«Allah-taala İsaya (ə) buyurdu:«Öz qəlbini (Məndən olan) qorxu ilə tərbiyə et.»
Tənbihul-xəvatir:«İsa ibn Məryəmə (ə) dedilər:«Sənə kim ədəb öyrətdi?» Buyurdu:«Heç kəs mənə ədəb öyrətmədi, nadanlığın çirkinliyini gördüm və ondan uzaqlaşdım.»
İmam Əli (ə):«Gözəl ədəb əxlaqın paklaşmasına səbəb olar.»
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930