Arsenalın məşhur futbolçusu London məscidində Quran oxudu
Arsenal futbol klubunun məşhur oyunçusu "Vasiriki Əbu Diyabi"nin London məscidində Quran qiraəti videosunun ictimai şəbəkələrdə yayımlanması geniş əks-səda doğurub. İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "journaldumusulman" internet xəbərsəhifəsinəistinadənverdiyixəbərəgörə"Arsenal" futbol komandasının məşhur müsəlman oyunçusu "Vasiriki Əbu Diyabi"nin London məscidlərindənbirində Quran qiraəti videosunun ictimai şəbəkələrdə yayımlanması geniş əks-səda doğurub. Arsenalın oyunçusu mübarək "Nur" surəsinin bəzi ayələrini tilavət edib və bu tilavətin videosu futbolçunun pərəstişkarları tərəfindən sürətlə sosial şəbəkələrdə paylaşılıb və internet istifadəçiləri tərəfindən maraqla qarşılanıb. İctimai şəbəkələrdə paylaşılmış videoçarxda Fransa üçün 10 milli oyunda iştirak etmiş "Arsenal" futbol komandasının məşhur müsəlman oyunçusu "Vasiriki Əbu Diyabi" və onun dostu Fridrik Ömər Kanutə - (Fransanın Malidən olan oyunçusu)- Londonun məscidlərindən birində mübarək "Nur" surəsindən ayələrinin qiraəti zamanı müşahidə olunurlar. "Arsenal" futbol komandasının məşhur müsəlman oyunçusu "Vasiriki Əbu Diyabi" indiyədək Quran-Kərimin 19 cüzini hifz etmişdir. O, şəxsi və gündəlik işlərinin kənarında dini təlimlərin öyrənilməsi və İslam maarifi ilə də məşğul olur. Oxşar xəbərlər
|