Quranın vay olsun halına dediyi “Mutaffifin” kimlərdir?
Mьəllif: admin1
Tarix: 17-11-2022, 10:52
Bцlmə: Quran, Xəbərlər
Quranın vay olsun halına dediyi “Mutaffifin” kimlərdir?
Qurani Kərim həm müjdə verən, həm də təhdid edən kitabdır. Belə ki, Quran düzgün əqidə və əməl sahiblərini müjdələyir, əqidə və əməldə yanlış olanları isə dünya və axirət rüsvyçılığı ilə təhdid edir.

Quranın “Mutaffifin” olaraq təqdim etdiyi kəslər də təhdid olunanlardandır. Bu kəlmənin əsli az, yüngül, bir az, əskik, zəif mənalarını verən “taff” kəlməsindən alınıb. Quranda işlənən mənası isə çəkidə aldadanlar, əskik çəkənlər mənasındadır.

“Mutaffifin” surəsi Quranın 83-cü surəsidir. Məkkədə nazil olub və demək olar ki, sonuncu məkki ayələrdəndir.

Mutaffifin sözünün Qurandakı mənası çəkidə aldadanlar mənasındadır. Bu məsələ insan haqlarından olduğu üçün önəmli bir məsələdir. Qurani Kərimə diqqət etdikdə insan haqlarına riaət olunması məsələsi digər, Allahı tanıma və düzgün etiqadın formalaşması məsələsi qədər önə çəkilmiş mətləblərdəndir.

Ayənin nazil olma səbəbi də məhz bu kimi mətləblərə Quranın diqqətindən irəli gəlir. Həm təfsirçilərin fikirləri, həm də “Vay olsun Mutaffiflərə (çəkidə aldadanlara)” ayəsinin davamı bunu bir daha təsdiq edir.

Düzgün çəki məsələsi, ümümiyyətlə alqı-satqının bütün növlərinə diqqətli olmaq, yalan danışmamaq, alıcını aldatmamaq, halal-harama diqqət etmək çox önəmli məsələdir. Bu kimi pis işlərə aludə olanlara nə dünyada, nə də axirətdə rahatlıq yoxdur.

Bu “haqqun-nas” insan haqqına girmək hesab olunur. Ola bilsin bu işə bulaşmış kəs tövbə etsin, hətta Allah Təala onu bağışlasın da. Lakin hədis və dini mənbələrdə həmin insanın bağışlandığı halda belə haqq sahibi ilə üz-bəüz gətirdiləcəyini, haqqın ondan alınıb sahibinə qaytarılacağı qeyd olunur.

Düzgün çəki, düzgün ticarət, düzgün və ədalətli olmaq nəinki Quranın, İslamın göstərişi və buyruğudur, hətta bəşər yarandığı gündən bizə Allahın əmridir. Allah Təala bütün peyğəmbərləri (ə) haqqı və ədaləti bərqərar etmək üçün göndərib. Quran min illər öncə göndərilmiş Şüeyb (ə) peyğəmbərin dilindən buyurur:

Ölçüdə düz olun, (onu) əskildənlərdən olmayın!

Düz tərəzi ilə çəkin!

İnsanların haqqını azaltmayın! Yer üzündə fitnə-fəsad törətməyin! (Şüəra 181-82-83)

İstər çəki ilə olsun, istər sayla, istər vaxtla olsun, istər danışmaqla, istərsə də vəzifə və məqam sahibi olmaqla, hər nə ilə olur olsun insan öz əhdinə və vəzifəsinə sadiq olmalıdır. Sədaqətdən üz çevirdiyi bir an belə xəyanətdir. Xəyanətkarın nə Allah yanında, nə də məxluqat yanında dəyər-qiyməti olmaz.



Yaşar Nuriyev
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930