Amerika alimləri Quranın elmi ecazkarlığını etiraf edirlər
Bir qrup Amerika alimləri Quranın elmi məsələrini araşdıraraq etiraf ediblər ki, Qurani-Kərimdə buyrulan bütün elmi məsələlər həqiqəti əks etdirir. Kaliforniya Universitetinin Toksikologiya elmi üzrə professoru və ABŞ Ekoloji Tədqiqat İnstitunun direktoru Cəmaləddin İbrahim bu barədə demişdir ki, Quranın elmi ecazkarlığını anlamaq üçün Quranda bildirilən bəzi məsələlər, o cümlədən, iki bacı ilə evlənməyin qadağan olunması, adət görən qadınların vəziyyəti, naməhrəmlərin müxtəlif insanlarla rabitəsi, ailə münasibətləri və bir sıra başqa məsələlər bir dəstə alimlər tərəfindən araşdırılmışdır. Cəmaləddin İbrahim həmçinin Qurani-Kərimin qadınların hamilələlik dövrünü dəqiq anlatmasının alimlərin diqqətini çəkdiyini bildirmişdir. Oxşar xəbərlər
|