Dünyanın xanım Məsumə faciəsi
Mьəllif: admin1
Tarix: 9-04-2014, 18:04
Müsəlman tarixinin keçib gəlmiş olduğu uzun və məşəqqətli yolda ən ağır, ağır olduğu qədər də faciəvi bir yükün ağırlığını çiynində daşımış olan Əhli-Beyt nümayəndələri öz kəramət və məqamları ilə hər vaxt, hər yerdə məzlum insanların köməyinə çatıblar. Mənəvi yük bizi basanda, işimiz dolaşığa, müşkülə düşəndə əllərimiz Allah dərgahında pak və müqəddəs kəlamlarla ümidimizi onların kəramətinə bağlamışıq – Ey ümidimizin son istinadgahı olan İmam övladları! Öz kəramətinizlə düyünə düşmüş, dolaşmış işimizə kömək olun!

Hər vaxt, hər yerdə öz köməklərini bizim üstümüzdən əksik etməyən Əhli-Beyt övladlarından biri də yeddinci İmam Musa ibn Cəfər əleyhissəlamın qızı Fatimə (Məsumə) (ə)-dır. Əsl adı Fatimə olan bu xanım hicri-qəməri 173-cü il, Zilqədə ayının 1-də Mədinə şəhərində dünyaya göz açmışdır. Hamımızın qəlbimizin ən ülvi bucağında özünə müqəddəs – pak bir yer almış bu xanımın atası İmam Museyi Kazim (ə) olmuşdur. Müsəlman dünyasının və Əhli-Beyt aşiqlərinin ən çox hörmət və məhəbbət bəslədiyi Xanım məsumə bu gözəl dünyanın sinəsində 28 il gəzə bilmişdir. Həyatının ən gözəl zamanında quşların nəğməsinə, axan suların şırıltısına qulaq asa-asa aylı gecələrin möcüzə dolu əsrarəngiz gözəlliyinə tamaşa edə-edə həyatın şirinini deyil, acısını daha çox dadmış, dünyaya və həyata daha tez vida etmişdir.

Xanım Məsumə (ə) İmam Rza (ə) çox sevər və hörmətində durarmış. Elə buna rəğmən də 201-ci hicri-qəməri ilində İmam Rza (ə) Mərv şəhərinə sürgün edildikdən bir il sonra onun həsrətinə dözə bilməmiş, öz yaxınları ilə birlikdə İmam Rzanın görüşünə çıxmışdır. Məqsədi qardaşı ilə görüşmək olmuşdur.
Həzrəti Məsumə (ə)-ın yola çıxdığ karvan Savə şəhərindən keçəndə bir qrup Əhli-Beyt düşmənləri onların üstünə hücum edir. Müqavimət göstərən hər kəs öldürülür. Həzrəti Məsumə (ə) isə zəhərlənir. Bu vəziyyətdə Məsumə xanım yoluna davam edə bilməzdi. Ona görə də yanındakılara buyurur: - Atam buyurardı ki Qum şəhərində yaşayan adamlar bizm tərəfdarlarımızın əsasını təşkil edir. Məni Qum şəhərinə aparın.

Elə də olur. Karvan Qum şəhərinə tərəf yol alır. Qum əhli xanım Məsuməni qarşılamaq üçün yola çıxır. Şəhər əhli Xanım Məsuməni (ə) şəhərin ən hörmətli, imkanlı və Əhli-Beytə hörmət bəsləyən bir adamın evində məskunlaşdırırlar. O, bu evdə ibadətlə məşğul olmağa başlayır. Məsumə xanımın bu şəhərə pənah gətirməsi qumluları hədsiz dərəcədə sevincə qərq etmişdi. Hər gün minlərlə adam onun yaşadığı evin ətrafına toplaşır, ona dua edirlər. Ancaq qumluların sevinci cəmi 17 gün sürdü. Həzrəti Məsumə qəflətən vəfat edir. Şəhər əhli matəmə qərq olur. Onu dəfn etmək üçün xüsusi yer ayrılır. Qum şəhərinin kənarında, xurma ağaclarının arasında yer alıb, orada dəfn etmək qərarına gəlirlər. Şəhər əhlinin hamısı onu son mənzilə yola salmaq üçün ora toplaşır. Ona qüsl verib kəfənə bükürlər. Dəfn etmək istəyəndə aydın olur ki, xanıma məhrəm bir adam yoxdur. Çox götür-qoy etdikdən sonra Qədir adlı təqvalə və pak bir qocanı bu iş üçün məsləhət bilirlər. Əslinə qalsa bu iş ona da düşmürdü. Çünki, Əhli-Beyt olan Məsumə Xanımı (ə) ancaq İmam dəfn edə bilərdi.

Ora toplaşan camaat həmin saleh qocanı gözləyirdi. Bu zaman qumsallıq çöldən iki atlının onlara tərəf gəldiyini görürlər. Onlar bir baş cənazə olan yerə gəlib atdan endilər. Sonra dəstəmaz alıb namaza durdular. Sonra bu işin ustası səviyyəsində Rəsuləllah (s) reyhanəsinin pak cismini əvvəlcədən hazırlanmış sərdabədə dəfn etdilər. Sonra isə heç kəslə bir kəlmə kəsmədən atlarına süvar olub getdilər. Onları heç kəs tanımadı.

Tarixi qaynaqlardan aydın olur ki, evində məskunlaşmış oldubu ailənin bacısı Xanım Məsumənin (ə) qəbri üzərində həsirdən bir kölgəlik düzəldir. Həmin kölgəlik xeyli vaxt onun qəbrinə pasibanlıq edir. Sonralar İmam Cavadın (ə) qızı Həzrəti Zeynəb (ə) Xanım Məsumənin qəbri üzərində kərpicdən bir türbə düzəltdirir.
Qeyd edirlər ki, Həzrəti Məsumənin (ə) fəzilətləri çox olub. Lakin bu yazımızda onlardan bəzisini işarə edəcəyik. Hər şeydən əvvəl yada salaq ki, Xanım Məsumə (ə) Qum şəhərinə gələn gündən orada özü üçün dərhal bir ibadətgah düzəldir. Burada yaşadığı on yeddi gün ərzində həmişə Tanrının ibadətində durub. Bu onu göstərir ki, Xanım Məsumə Allah Taala ilə söhbətə və rabitəyə çox önəm verərmiş.

Həzrəti Məsumənin (ə) kəramətləri də var. O kəramətlərdn birini İmam Həsən Əskərinin (ə) mükəbbəri olan bir şəxs yazır:
Soyuq qış gecələrindən biri idi. Qar hər tərəfi ağ örtüyə bürümüşdü. Mən yuxuda gördüm ki, Həzrəti Məsumə (ə) mənə buyurdu:

- Qalx, minarələrdə çıraq yandır.

Mən oyandım, ancaq görmüş olduğum yuxuma fikir vermədim. Yatdım, yenə həmin yuxunu gördüm. Oyandım, ancaq yenə fikir vermədim. Üçüncü dəfə təkrar o yuxunu gördüm. Bu dəfə o, mənə dedi:

- Sənə deməmişdim, qalx minarələrdə çıraq yandır!

Mən bu dəfə qalxıb çıraqları yandırdım. Az keçmişdi ki, bir karvan yaxınlaşdı. Mən onları içəri aldım. Səhər eşitdim ki, onlardan iki nəfər deyir:

- Əgər minarələrin çıraqları yanmasa idi biz qapıları tapa bilməzdik. Çöldə azıb hamımız qırılardıq.

Bu cür hadisələr çox olub.

Məşhəd şəhərindən Əmir Muhəmməd Kuhi nəql edir: Üç ili ki, iflic olmuşdum. Əlil arabasında gəzirdim. Dəfələrlə Tehranda, Məşhəddə adlı-sanlı həkimlərin yanında olmuşdum, amma, heç bir xeyri olmamışdı.

Bir dəfə yuxuda gördüm ki, qapalı bir xanım mənə buyurdu: - Şəfa tapmaq istəyirsənsə Quma gəl. Əgər Quma gəlsən mən sənə şəfa verərəm.

Mən oyandıqdan sonra yuxuda gördüklərimi ailəmə danışdım. Belə razılaşdıq ki, Quma gedim. Mən Quma yola düşdüm. Quma çatan kimi dəstəmaz alıb Xanım Məsumənin hərəminə getdim. Yorğun olduğum üçün bir az dua edib yatdım. Yuxuda gördüm kki, bir xanım mənə dedi:

- Oğlum, xoş gəlmisən! Narahat olma, daha şəfa tapdın. Səndə heç bir xəstəlik yoxdur.

Mən ona dedim ki, axı mən xəstəyəm və hərəkət edə bilmirəm. O xanım mənə bir piyalə su verdi və buyurdu:

- İç! – mən o verən suyu içdim. Yuxudan oyanandan sonra gördüm ki, ayaq üstə dura bilirəm.

Qalxıb müqəddəs zirehi öpməyə başladım.

Olmuş hadisə:

Üç il əvvəl Gürcüstanda fəaliyyət göstərən «Əhli-Beyt (ə)» cəmiyyətinin təşəbbüü və dəstəyi ilə 30 nəfər zəvvar Məşhəd ziyarətinə yola düşdük. Müqəddəs məkanlardan ən əvvəl Qum şəhərində əbədi ünvan tapmış Xanım Məsumənin hərəmində olduq. Bu hərəmi Xanım Məsumənin adına və hörmətinə layiq bir səviyyədə inşa olunub. Dəstəmiz üç gün bu ocağın ziyarətində olduq. Xanım Məsumənin (ə) yaşamış olduğu 28 illik ömür tarixçəsi ilə tanış olduqdan sonra üz tutduq Məşhəd şəhərinə.

Biz Qumda olan gün ərzində şəhərin bir neçə məscidində olduq. Hiss elədim ki, Qum şəhəri tarixin və zamanın inkişafı ilə eyni sürətlə abadlaşır, varlanır, barı-bərəkəti artır. Bu, ona görə belə idi ki, orada xanımlar-xanımı Xanım Məsumənin (ə) müqəddəs qəbri var...

Məşədi Əli ABBAS
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930