Fəcr günləri olayları (12-22 bəhmən 1357- 01-11 fevral 1979)
Mьəllif: admin1
Tarix: 9-04-2014, 18:42
Fəcr günləri olayları (12-22 bəhmən 1357- 01-11 fevral 1979)


İmam Xomeyni üçün tarixin əzəmətli pişvazı tədarük görünür. Pişvaza çıxan xalqın izdihamının uzunluğu 33 km-dir.

● İmamın vətəndə verdiyi 1-ci bəyanatından:
-Hələ qələbənin ilkin addımını atmışıq.
-Xalqa təslim olmasanız, xalq sizi öz yerinizdə oturdacaq.
● Həzrət İmam Xomeyninin vətənə qayıtma mərasiminin televiziyadan yayımlanması qəflətən kəsildiyi üçün şəhərdə xalqın bir çoxu televizorları sındıraraq küçələrə axışırlar.
● Amerikalı mütəxəssislər şahın danışığının gizli kasetlərinin mövcudluğunu təsdiq etdilər. "CBS" telekanalı keçən gecə öz xəbərlərində bildirdi: "İranın şahı hərbi komandirlərdən istəyib ki, qəsdən onun mənafeyi üçün daxili qarşıdurma yaradaraq dövlətin ixtiyarını ələ keçirsinlər."
● Mərənd əhalisi 5 nəfər məhbusunu azad etdi.
● Fars ostanının əşayirləri İnqilaba tərəfdar olduqlarını bildirdilər.
● İslami ölkəmizin bir neçə şəhərində Ayətullah Xomeynini himayə edərək aksiyalar keçirildi.
● Kirmanın Şəhrbani adlı başçısı terror edildi.

13 bəhmən 1357
● İranın bir neçə səfirliyinə hücumlar oldu: Assosiated-Pressin verdiyi məlumata görə 200 nəfərə yaxın iranlı tələbə dünən Vaşinqtonda İranın səfirliyinin önündə Şapur Bəxtiyarın əleyhinə şüar verərək aksiya keçirdilər. Amerika polisi aksiyanın qayda-qanunlarını pozduqları üçün 62 tələbəni həbs etdi.
Ayrı 200 nəfər iranlı tələbə də dünən Beyrutda İran səfirliyini ələ keçirərək onun adını İran İslam Respublikasının səfirliyi adlandırdılar.
Tələbələrin hücumu nəticəsində səfirliyin binasına müəyyən qədər xəsarət dəydi. Tələbələr səfirliyin divarlarında olan şahın şəkilini götürərək Ayətullah Xomeyni (rə)-nin şəklini onun yerinə yapışdırdılar.
Avstraliyanın paytaxtı Kanberra şəhərində də şahın müxalifləri aksiyalar keçirərək İranın səfirliyinə hücum etdilər. Onlar səfirliyin divarlarındakı şahın şəkillərini cırdılar. Aksiyaçılar divarlara şüarlar yazıb, səfirliyin əşyalarını sındırdıqdan sonra polislə heç bir qarşıdurma yaratmayaraq səfirlikdən çıxdılar.
● Hərbi hava qüvvələrindən ibarət bir qrup biyət etmək üçün İmam Xomeyninin məskunlaşdığı yerə getdilər. İmam onları qarşılayaraq Bəxtiyar hökumətinə xəbərdarlıq etdilər ki, əgər bu desantlardan bir nəfəri aradan götürülərsə, onların qatillərinin hamısını öz əməllərinə görə cəzalandıracağam. Həzrət İmam öz bəyanatının davamında nəhs Pəhləvi rejimi tərəfindən desantlara qarşı sürülmüş ittihamların birinə işarə edərək buyurdular: Ordudan qaçanların və desantların cinayəti budur ki, xalqa qoşulublar.

14 bəhmən 1357

Xalq Tehran Universitetindən İmam Xomeyni həzrətlərinin yaşadığı yerə tərəf sel kimi hərəkətə gəldi. Aksiyaçılar yol boyu "Ey İmam Xomeyni bizim rəhbərimiz sənsən" milli marşını oxuyurdular.
Tələbələr şüar verirdilər: "Müəllim! müəllim! Biz azadlıq dərsi istəyirik!"
Tələbələrin plakatlarının birində bu sözlər yazılmışdır: "Məktəb, Azadlığın səngəri"
● Parlament nümayəndələrindən 40 nəfəri istefa verəcəklər.
BBC-nin verdiyi xəbərə görə şahlığın canişinlik şurasının ayrı bir üzvünün, habelə parlament nümayəndələrinin bir qrupunun istefasına görə Şapur Bəxtiyarın qüdrətinə ayrı bir zərbə endirildi.
Deyilən xəbərlərə görə parlament nümayəndələrinin 40 nəfəri də istefa verməyə hazırdırlar.
● Nəhs Pəhləvi rejiminin qüvvələri məmləkətimizin bəzi yerlərində inqilabçı müsəlman xalqa hücum etdilər. Bu hücumlar Ağ çay –Astana yolunda və Sərpol Zəhabda şiddətli idi

15 bəhmən 1357

Bəxtiyar:
-Ayətullah Xomeyniyə müvəqqəti hökumət qurmaq icazəsini verməyəcəyəm.
-Daxili ixtilafları salanları güllələtdirəcəyəm.
● Ruhanilər həbs olunmuş desantların azad olunmasını istədilər.
● Müxtəlif şəhərlərin əhalisi, parlament nümayəndələrinin istefa etməsini tələb etdilər.
● Fars ostanının İqlid şəhəri, Sari, Kərəcdə və ayrı-ayrı şəhərlərin əhalisi Şapur Bəxtiyarın hökuməti əleyhinə şüar verdilər. Bir daha onun qeyri-qanuni olduğunu bildirdilər. Aksiyaçılar bildirdilər ki, bütün həmvətənliləri kimi tam qələbə çalınanadək öz mübarizələrini davam etdirəcəklər.

16 bəhmən 1357

Xarici İşlər Nazirliyi işçilərinin bir qrupu etiraz etdilər. Onlar İranın Vaşinqtondakı səfiri Ərdəşir Zahidinin üsyan etməsini və onun Bəxtiyar hökuməti tərəfindən himayə olduğunu öz etirazlarının səbəbi adlandırdılar. Zahidinin işdən kənar edilməyincə öz etirazlarını davam etdirəcəklərini bildirdilər.
● Həzrət İmam Xomeyninin "cihad" elan etmə ehtimalı məlum olduqda, Lorestan əşayirləri Həzrət İmamın əmrini icra etmək üçün öz hazırlıqlarını bildirdilər.

17 bəhmən 1357
●İmam Xomeyni: İslam siyasi bir dindir.
● İmam Xomeyni bir bəyanatda özünün vətənə qayıtması ilə əlaqədar müsəlman əhalinin ona qarşı olan hisslərinə görə öz təşəkkürünü bildirdi.
Bəyanatın mətni belədir:
Allahın adı ilə
Mənim İrana qayıtdığımdan sonra, teleqraf və mətbuat vasitəsi ilə məni təbrik edənlərə və həmçinin mənə qarşı məhəbbət, vəfadarlıq və bağlılıqlarını bildirənlərə öz təşəkkürümü bildirirəm. Hamının islam və müsəlmanların düşmənlərinə qələbə çalmasını və İslam Cümhuriyyətini qurmasındakı müvəffəqiyyətini Allahdan diləyirəm.
Ruhullah Əl-Musəvi Əl-Xomeyni

● Bəxtiyar:
-Müvəqqəti hökuməti zarafat bitənədək qəbul edəcəyəm.
● Abadə, İsfahan, Zəncan, Kərəc, Şəhri Rey, Xürrəmşəhr, Nətənz və s... şəhərlərində saysız aksiyaçı Şapur Bəxtiyarın istefa etməsini istədi.
● İmam Xomeyni tərəfindən elan olundu:
-Desantların bir nəfərinə belə xəsarətin dəyməsinə icazə verməyəcəyəm.
● Tehran radiosunun adi proqramları dayandı. Tehran radiosunun işçiləri bildirdilər ki, bu gündən etibarən öz proqramlarını yayımını dayandıracaqlar və ölkənin səlahiyyətli rəsmiləri tərəfindən bu radionun azadlığı təsdiq olunmayana qədər bu etirazı davam etdirəcəklər.
Yol sayı 27

18 bəhmən 1357

● İmam Xomeyni:
-Birliyi davam etdirmək tələb olunan təklifdir.
● Şah:
-Mən tənqidə layiqəm!
● Urmiyədə bir hərbi zabit öldürüldü.
● Zahidanda inqilabçılar müvəqqəti hökuməti himayə edərək aksiya keçirdilər. Bu aksiya Şah rejiminin qüvvələri tərəfindən qana boyandı, 2-3 nəfər şəhid və 55 nəfər yaralandı.
● İmam Xomeyni (rə) Ədliyyənin qazilərinə xitabən buyurdular: Şah burada olmasa da mühakimə olunmalıdır.

19 bəhmən 1357

● Bugünkü aksiyalar barəsində hərbçilər söylədilər:
-Xomeyni, Ey İmam! Biz sənin ordunun bir damlasıyıq.
● Bəxtiyar:
-Müvəqqəti hökumət və Ayətullah Xomeyninin qarşısında dayanacağam.

20 bəhmən 1357

● Müvəqqəti hökumətin nümayəndəsi 100 min nəfərin qarşısında çıxış edərək müvəqqəti hökumətin işlərinin əsas vəzifələrini belə açıqladı:
-Qüdrəti ələ almaq və bu qüdrəti ötürmək.
-Haqlılığı sübut etmək (referendum)
-Ölkəni yenidən canlandırıb idarə və islah etmək.
-Parlament təsisçilərinin seçkilərini təşkil etmək və yeni konstitusiya barəsində ümumi rəyi almaq
-Milli Məclisin Şurasının seçkilərini keçirmək
-İstefva və işləri prezidentə və sonrakı rəsmi hökumətə təhvil vermək.

21 bəhmən 1357

● Ayətullah Taliqani ərəb dilli "Əl-Nəhar" qəzeti ilə bir müsahibədə "ərəb qardaşlarla" digər müsəlmanların birgə mübarizəsini vurğuladı və dedi: İranlılarla fələstinlilərin taleyi bənzərdir. İsrail isə həmin oxşar düşməndir... Bizim müvəffəqiyyətimiz onların uğurudur. Onların müvəffəqiyyəti bizim uğurumuzdur.
● Dezfulda əhalinin gündəlik işləri ruhanilər ictimaiyyətinin nəzarəti altında və 3000 nəfərin könüllülüyü ilə idarə olunurdu.

22 bəhmən 1357

● Tehranın silahla dolmuş məhəllələrinin bir çoxu xalqın əlinə keçdi.
● İmam buyurdular: Pəhləvi rejimi qüvvələrinin vəhşiliklərinin qarşısı alınmasa, cihad hökmü verəcəyəm.
● Geri oturmuş hökumət qüvvələrinə kömək etmək üçün ordu qüvvələri başqa şəhərlərdən Tehrana tərəf hərəkət etməkdədirlər.
● Dəniz qüvvələri hava qüvvələrinin köməyinə getdi.
● Yoxlama-keçid məntəqələrinin çoxu, polis şöbələri və ordunun silahlı qərargahının bir neçəsi xalqın və hava qüvvəsinin əlinə keçdi.
● Silahlanmış xalq dəstə-dəstə prospektlərdə yola düşüblər. Hər bir prospekt bir səngərdir. Əsas cəbhə məlum deyil, hər bir yer cəbhədir.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031