Gündəlik kitab oxumağı necə bərpa edək?
Kitab oxumaq bilikli olmaq və təhsil almaq istəyənlər üçün ən rahat və keyfiyyətli öyrənmə yoludur. İnsanın sahib olduqları bilgilərin 60%-i bu yolla əldə olunur. Bu yoldan istifadə edərək istənilən sahədə daha çox oxumanın faydasından yararlanmaq mümkündür. Kitab oxumanın zəif olduğu toplumlarda insanlar vaxtlarını faydasız işlərlə keçirməkdədirlər. Halbuki, kitab oxumaq insan üçün bərpa olunmalı əsas məsələlərdəndir. Kitab oxumaq insanın məsələlərə daha əhatəli baxmağını, daha yaxşı düşünməyi, daha məlumatlı və daha mükəmməl danışmağı zənginləşdirir. Televizor və internet arxasında keçirilən vaxt itkisini kitab oxumaqla daha yaxşı dəyərləndirmək və inkişaf etmək olar. Xüsusən evdə, işdə, məktəbdə boş vaxt yarandıqda biz kitab oxumaqla həmin vaxtı özümüz üçün həm zövqlü, həm də özümüzün yeni bir şey öyrənməsinə səbəb ola bilərik.
Gündəlik davamlı olaraq kitab oxumağa gəldikdə isə, bizim hər gün 100 səhifə oxumağımız şərt deyildir. Gündəlik bacara bildiyimiz qədər davamlı olaraq oxusaq, beləcə gündəlik oxunu bərpa etmiş olarıq. Fasilə vermədən hər gün oxumaq bizdə oxumaq vərdişini yaradacaq. Əgər gündəlik çox oxumaq istəyiriksə, hər bir işdə olduğu kimi bu işdə də özümüzə hədəf qoymalıyıq. Məsələn, "mən bu gün 50 səhifə oxuyacağam". Sizin hədəfiniz bu gün 50 səhifə oxumaqdırsa, bu gün oxuyub ona çatacaqsınız, hətta daha artıq oxuyacaqsınız. Ola bilər ki, gün ərzində vaxt olmasın və hədəflədiyimiz qədər oxumayaq, buna məyus olmadan həmin gün bacardığımız qədər oxuyaq. Əsas olan - davamlı hər gün oxumaqdır. Həyatda uğur qazanmış şəxsiyyətlər bu işə xüsusi önəm vermiş və gündəlik bu işlə məşğul olmuşlar. Gündəlik işlər və məşğuliyyətlər bəhanəsilə kitab oxumaqdan qəflət etməyək, kitab oxuma işini gündəlik işlərdən bilək. Süleyman Rüstəmov, “Dəyərlər”in oxucusu Oxşar xəbərlər
|