MÜSƏLMANLARIN ELMİ NAİLİYYƏTLƏRİ
Müsəlman alimləri bir çox ixtira və kəşfləri ilə avropalıları əsrlərlə qabaqlamışlar. Avropada cəhalətlə öyünüldüyü, elmlə düşmənçilik edildiyi, elm adamlarının öldürülüb yandırıldığı inkvizisiya dövrlərində müsəlman alimləri tərəfindən həyata keçirilmiş bəzi elmi axtarış və kəşflər barədə bu sayımızdan başlayaraq elmin müxtəlif sahələrinə aid olan axtarışlar, tapıntılar və ilkin nəticələr barədə oxucularımıza məlumatlar çatdırmağa çalışacağıq. Buradaca qeyd etmək yerinə düşərdi ki, elmi əsərləri, kitabları nəşr etdirmək üçün lazım olan kağızı istehsal edən ilk fabrik 794-cü ildə Harun ər-Rəşidin vəzirinin oğlu İbn Fəzl tərəfindən qurulmuşdu. Belə bir fabrik 800-cü ildə Misirdə, 950-ci ildə isə Əndəlusda (İspanyanın cənubu) inşa edildi. Avropada isə yalnız uzun illərdən sonra belə fabrik açıldı. 1100-cü ildə Bizansda, 1102-ci ildə Sicilyada, 1228-ci ildə Almanyada, 1309-cu ildə isə İngiltərədə ilk kağız fabrikləri quruldu. Məlum olduğu kimi, kağız kitab üçün xammaldır. İslam dünyasında kağız fabriklərinin tikilməsi burada elmin sürətlə yayılmasını göstərir. Aşağıda elmin müxtəlif sahələrində müsəlman alimlərinin qazandıqları nailiyyətləri diqqətinizə çatdırırıq. COĞRAFİYA · Coğrafiyanın bir elm kimi ortaya çımasına təkan verənlər də müsəlmanlardır. Dünyanı qarış-qarış dolaşmış Övliya Çələbi (1611-1682), 29 il ərzində ölkələri, qitələri gəzmiş İbn Bəttutənin (1304-1369) səyahətnamələri misilsiz tarix və coğrafiya xəzinələridir. · Biruni indiki Amerika barəsində əsrlərlə öncə xəbər vermişdir. Piri-Rəis (1465-1554) də öz “Kitabi-Bəhriyyə”sində Amerikanın varlığından bəhs etmişdir. · Vasko da Qamaya (1450-1554) dünya səyahətində İbni Məcid (XV əsr) adlı bir müsəlman dənizçi yol göstərmişdir. · İdrisi (1100-1166) 850 il bundan əvvəl müasir dünya xəritələrinə bənzər bir xəritə çəkmişdir. Piri-Rəisin Amerika xəritəsi mükəmməl bir vasitədir. Piri-Rəisdən 52 əvvəl Mürsiyəli İbrahim tərəfindən çəkilmiş Aralıq dənizi xəritəsi müasir ölçülərə tamamilə uyğundur. BOTANİKA VƏ ZOOLOGİYA · Orta əsrlərin ən böyük botaniki və əczacısı olmuş İbn Baytar (1190-1248) öz kitabında 1400-ə yaxın bitki və dərman növünün təsvirini vermiş, həmin əsər XVI əsrə qədər bu sahədə əsas elm mənbəyi olmuşdur. · Dəmiri (1349-1405) adlı alim heyvanlar aləminin incəlikləri barədə yazdığı “Həyatul-həyəvan” əsəri ilə zoologiya elminə zənginlik gətirmişdir. İbni Əvvamın (XII əsr) kənd təsərrüfatına aid kitabları da orta əsrlərdə məşhur olmuşdur. (Davamı var) Oxşar xəbərlər
|