GÜNƏŞİN DOĞMASINDAKI VƏ BATMASINDAKI MÜXTƏLİF MƏSƏLƏLƏR
Mьəllif: admin1
Tarix: 17-04-2014, 00:03
Bцlmə: Məqalələr » Maarif
GÜNƏŞİN DOĞMASINDAKI VƏ BATMASINDAKI MÜXTƏLİF MƏSƏLƏLƏR


“Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, biz həqiqətən qadirik” (“Məacir”, 70/40)
“O, Göylərin, yerin və onların arasında olanların Rəbbidir. Məşriqlərin də Rəbbi odur” (“Saffat”, 37/35).
“İki Məşriqin və iki Məğribin Rəbbi odur” (“Rəhman”, 55/17).

Bu ayələrdən də göründüyü kimi, “Şərq” və “qərb” kəlmələri Quranda cəm halında işlədilmişdir. Məsələn, yuxarıdaki ilk ayədə “maşariq” kəlməsi şərq üçün, “Məğarib” kəlməsi də qərb üçün ikidən çox olduqlarını ifadə edən cəm şəklindədir. Axırıncı ayədə isə “Məşriqeyn” iki şərq, “Məğribeyn” iki qərb şəklində işlədilmişdir.
Ayələrdə işlədilən “Məşariq” və “Məğarib” kəlmələri “Günəşin doğduğu və batdığı yer” mənalarına da gəlir. Dolayısı ilə yuxarıdakı ayələrdə Günəşin çıxmasının və batmasının müxtəlif yönlərindən bəhs edilir. Bundan başqa ilk ayədə şərqlərin Rəbbi olaraq and içilməsi də çox diqqətəlayiq bir məsələdir.
Bəlli olduğu kimi, Yerin fırlanma oxunun öz orbitindəki hərəkəti 23 dərəcə 27 mailliyə malikdir. Həm bu mailliyə görə həm də dünya ellips şəklində olduğu üçün Günəş şüaları Yer kürəsinə həmişə eyni bucaq altında düşmür. Buna görə də ekvatordan uzaqda olan bir nəfər- Günəş şüaları həmin bölgəyə müxtəlif bucaq altında çatdığı üçün-Günəşin şərqdə fərqli nöqtələrdə çıxdığını, qərbdə isə müxtəlif istiqamətlərdə batdığı müşahidə edər. Bu insan ekvatordan nə qədər uzaqda olsa da Günəşin çıxması və batması üçün çoxlu müxtəlif istiqamətlər təyin edəcək. Ancaq ekvatordakı adam Günəş şüaları həmişə həmin bölgəyə düz bucaq altında düşdüyü üçün Günəşin həmişə tam şərqdən çıxdığını və tam qərbdən batdığını görəcək.
Ərəbistan yarımadasının ekvatordan elə də çox uzaqda yerləşmədiyini nəzərə alsaq, burada müşahidə aparmaqla belə bir nəticə gəlməyin mümkün olmaması aydınlaşar. Çünki bu bölgədəki hər bir adam Günəşin həmişə eyni istiqamətdə çıxmasının, eyni istiqamətdə də batmasının şahidi olur. Yuxarıdakı ayələrdə şərq və qəbrlə bağlı qeyd edilən ifadələr Günəşin müxtəlif istiqamətlərdən çıxmasına və fərqli yerlərdə batmasına işarə də ola bilər (ən doğrusunu Allah bilir).
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930