Vəhdət
Mьəllif: admin1
Tarix: 17-04-2014, 00:10
Bцlmə: Məqalələr » Maarif
Vəhdət


Vəhdət

Bağışlayan və Mehriban Allahın adı ilə.
O Allah ki, insanı yoxdan yaratdı və ona bilmədiklərini öyrətdi və şükr olsun o zatiəhadiyyəti dərgahına ki, bizi bütün məxluqların içərisində əşrəf olaraq insan yaratdı, yaratdıqdan sonra isə bütün inancların içərisində bizi Allah-pərəstlik ayininə tərəf yönəltdi. Yenədə şükür olsun ulu yaradanın məzhərinə ki, bizi bütün dinlərin içərisində də məhz özünün son dini və kamil ayini olan islam və islamın içərisində özünün haqq məzhəbi olan Cəfəri məzhəbinə tərəf yönəldərək eyni zamanda da bizi imam Zaman (ə.f) ın müntəzirlərindən qərar verdi. Bundan əlavə yenədə şükür edirik ki, boynumuza daha bir minnət və eynim zamanda məsuliyyət qoyaraq bizi imam Zaman (ə.f) qapısında xidmətçi qərar verdi.

Əziz Qardaşlar, bugünki məqaləmizin mövzusu uzun illər islam alimi, mütəfəkkir və siyasətçilər arasında geniş bəhslərə səbəb olmuş vəhdət, yəni islam birlik haqqında olacaq . bu məsələ islam aləmində asan olduğu qədər çətin, mümkün olduğu də qeyri mümkün bir məsələ olaraq tarix boyu müsəlmanların həmişə həsrətlə qeyd etdikləri ən ağrılı yerinə çevrilmişdir. Çünki müsəlmanlar sədri islamın simasında vəhdətin islam dünyasına hansı tohfələr verə biləcəyini sədri islam dövründə yəni islamın ilkin çağlarında görmüşdülər. Bu haqda geniş söhbət açsaq məqaləmizin mövzusu və məqaləmizə ayrılan vaxt xaricində olduğuna görə biz bu haqda uzunçuluqdan çəkinir və o dövr haqda yalnız bunu qeyd etməklə kifatlənirik ki, o dövürdə müsəlmanların vəhdəti nəticəsində islam əndəlosdan (ispanya) , afrikanın cənubuna qədər böyük bir ərazidə yayılaraq öz hakimiyyətini gücləndirmiş və elmi, iqtisadi və hərbi cəhətdən dünyanın bir nömrəli güc mərkəzinə çevrilmişdir .
İslam alimlərinin həmin dövürdəki elmi kəşfləri bugünə kimi dillər əzbəri və müsəlmanların fəxr mənbəyi olaraq qalmalıdır. Islam dünyası tarix boyu həmin dövrü şirin xəyal kimi xatırlamışlar. Bundan sonra isə müəyyən səbəblər və ixlilaflar üzündə öz dini vəhdətini əldən verən müsəlmanlar bugünə kimi öz vəhdətlərini ələ gətirə bilməyiblər. Düzdür ki, islam tarixində müəyyən dövürlərdə bəzi böyük şəxs şəxsiyyətlər o cümlədən, Cəmaləddin Əsəd abadi, misirin əl-əzhər universitetinin rəhbəri Şeyx Şəltut və s.. kimi tərəfindən bu sahədə müəyyən addımlar atılmışdır .
Bu sahədə ən böyük addım isə İran islam inqilabının rəhbəri İmam Xomeyni (r)-ın adı ilə bağlıdır. Imam Xomeyni (r) müsəlmanların və islam dünyasının ən ehtiyaclı vaxtında özünün böyük və cahanşumul inqilabından sonra özünün xüsusi uzaqgörənliyi ilə Qurani-Kərimin “ Vətəsimu bihəblillahi cəmiən və la təfərrəqu” ayəsini əldə rəhbər tutaraq Hz. Peyğəmbərin (s) doğum günü həftəsini bütün islami firqə və məzhəblər arasında vəhdət həftəsi elan etdi. Bununlada islam dünyasında vəhdət haqqında daha bir addım atmış oldu.
Bu məqaləyə diqqət yetirdikdə insanın zehninə belə bir sual gəlir ki, nəyə görə özünün həyatbəxş təsiri nəticəsində bir zamanlar bütün sferalarda islam dünyasını elmi, iqtisadi və hərbi inkişafın zirvəsinə çatdıran vəhdət iksiri bu sahədə edilən bütün çabalara baxmayaraq islam dünyasını bu günkü acınacaqlı vəziyyətində müsəlmanlar üçün əlçatmaz bir arzuya çevirilmişdir? Bu sualı cavablandırmaq üçün geniş bəhslərə imkan Olmadığından vaxt məhdudiyyətini nəzərə alaraq biz bu məsələni xarici və daxili səbəblər başlığı altında müxtəsər formada cəm etmişik.
1-Xarici səbəblər.
Bildiyimiz kimi dünya müəyyən dövrlərdə müxtəlif hegemon dövlətlərin müxtəlif sferalarda bir biri ilə yarışma səhnəsinə çevrilmiş və bundan zərər çəkən əsasən məzlum xalqlar olmuşdur. Hegemonluq missiyası zaman zaman müxtəlif dövlətlərin o,cümlədən Rusiya, İngiltərə, Fransa, İtaliya, ABŞ və sair, öhdəsinə düşmüş və hegemonlardan hansı olursa öz qarşısında digər bir güc mərkəzinin olmasını həzm edə bilməyərək olsa belə hansı yol ilə olursa olsun həmin gücün aradan getməsinə çalışmışlar.
Buna misal olaraq 17-ci əsrin ikinci yarısında böyük islam dövləti olan Osmanlı Türk imperyasının ingiltərənin əli ilə təsis olunmuş vəhhabiyyət cərəyanının əli ilə parçalanmasını qeyd etmək olar. Hegemonların başqa bir hiyləsi də millətlər arasında millətçilik ixtilaflarını gücləndirərək, eyni dinin nümayəndələrini pan-turkizm, pan-ərəbizm, pan-farsizm, şuarı altında biri birindən ayırmaq idi ki, vəhhabilər də planlarını pan-ərəbizm şuarı altında həyata keçirdilər.
Bunu da qeyd etmək lazımdır ki, islam ölkələrinin malik olduğu təbii sərvətləri və bu ölkələrin yerləşdiyi stateji nöqtələri və bu amillərin dünya iqtisadiyyatındakı mühüm rolunu nəzərə alsaq bu zaman islam dünyası birləşərsə hansı dərəcədə böyük güc mərkəzinin vücuda gəlməsini təsəvvür etmək mümkündür ki, buda həmin hegemon güclərin maraqı xaricindədir.
2-Daxili səbəblər.
Təəssüflə qeyd etməliyik ki, tarix boyu müsəlman xalqlar xarici istemardan əlavə daxili istibdadla da üzləşməli olublar.
Belə ki, tarix boyu müsəlman məmləkətlərdə xarici güclər tərəfindən idarə olunan aftaritar rejimlər hakimiyyət sürmüşlər ki, İsmal Ümmətinin vəhdəti onlarında zülm və nifaq üzərində qurulmuş hökümətinin təməllərini sarsıda biləcəyindən onlarda xaricilərlə əl-ələ verib millətlər arasında ixtilafların yayılmasına rəvac vererek məşhur parçala höküm et prinsipinə arxalanmışlar.
Qeyd etmək lazımdır ki, bir çox müsəlman dövlətlərində yenədə belə rejimlər qalmaqdadır ki, dünyanın demokratiya carçıları nədənsə bu ölkələrdə höküm sürən aftaritar rejimləri görmək istəmir.
Vəhdətin zəruriliyi.
Yenədə təəssüflə qeyd etməliyik ki, düçar olduqları böyük bəlalarla yanaşı İslam Ümməti yenədə din vəhdətin zəruriliyini dərk etməkdə acizlik çəkir. Təəssüflər olsun ki, zalim dövlətlər özlərinin batil maraqları o cümlədən İran İslam Respublikasının sülh məramlı nüvə fəaliyyətinin əleyhinə yumruq kimi birləşməyi bacardıqları halda müsəlmanlar özlərinin haqq maraqları üzərində yekdil fikrə gələ bilmirlər. Bu məsələləri qeyd etdikdə insanın yadına İmam Xomeyninin (r) müsəlman rəhbərlərinin bu vəziyyətini görəndə evdə oturub və öləcəyim günü gözləyirəm cümləsi düşür. Çünki İslam dünyasının problemlərinin həlli yolu onların İslamı vəhdətində olduğu halda bu dövlətlər milli iriqçiliyi. əldə rəhbər tutaraq laik dövlət prinsipinə arxalanırlar. Amma əvvəl axır islam ümməti dərk etməlidir ki, onların problemlərinin həlli nə sekular nədə böyük dövlətlər tərəfindən təsisi olunmuş oyuncaq qurumlardakı uzun-uzadı müzakirələrdədir, əslində bunların bütün problemlərinin həlli həqiqi islam birliyindədir.
İslami vəhdət və birlik olmadan müsəlmanlar nə hazırkı elmi, iqtisadi, hərbi və siyasi gerilikdən yaxa qurtara biləcək nədə özünün itirmiş torpaqlarını o, cümlədən Qüdsü və bütövlükdə Fələstin torpaqlarını, İraqı, Əfqanıstanı, Kəşmiri və Qarabağı işğaldan azad edə biləcək.
Əziz tələbə dostlar, hamınıza yaxşı məlumdur ki, dünyanın istər dini istərsə də qeyri dini hərakatlarında tələbələr fəal şəkildə iştirak edərək hərakatların ana xəttini təşkil etmişlər. Bu gündə bu qarma-qarışıq dünyada islam dünyası can verməkdə olan ağır xəstəyə bənzəyir ki, xəstənin ona qan vermək üçün özünün ən yaxın insanlarına ehtiyacı olduğu kimi islamında bu gün ona ən doğma insanlar olan dini tələbələrə ehtiyacı var. Odur ki, əzizlərim hamımız qardaşcasına əl-ələ verərək öz dərslərimizə və mənəvi proqramlarımıza ciddi formada riayət etməklə bizlərdə bu gün və bundan sonrakı dini fəaliyyətlərimizlə xalqlarımızın islami vəhdətə qovuşmasına öz tövhəmizi vermiş olarıq.
Allah-Taala bu şərəfli yolda hamımıza tofiq versin inşallah.

Vidadi Qurbanov
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930