Oxu! Yaradan Rəbbinin adı ilə
Bağışlayan və mehriban Allahın adı ilə.
Oxu (bütün məxluqatı) yaradan Rəbbinin adı ilə. O insanı laxtalanmış qandan yaratdı. Oxu (və tərəddüt etmə ki, sənin Rəbbin bütün kərimlərdən) daha Kərimdir(yəni o sənə oxuma yazmabilməsədə oxuda bilər). O (Rəbbin) bəşərə qələm vasitəsiylə elm öyrətdi. İnsana bilmədiyini öyrətdi. (Qurani Kərim Ələq surəsi ayə 1-5). (xatırladaq ki, bu ayələr Allah tərəfindən H.Məhəmmədə(s) nazil edilən ilk ayələrdir). Əziz oxucular bu günkü məqaləmizdə alim, təhqiqatcı və filosoflar da daxil olmaqla dinindən, dilindən və irqindən asılı olmayaraq tarix boyunca bütün elm təşnələrinin maraq dairəsinə və mübahisə obyektinə çevrilmiş elm mövzusu və müqəddəs İslam dininin bu mövzuya münasibəti və verdiyi dəyəri haqda söhbət açacağıq. İnsan bəşər tarixinə nəzər saldıqda insanların hələ ibtidai icma qurluşundan üzü bu yana həmişə elm və bilik arxasınca olduğunun şahidi olur və bu elmi inkişafın nəticəsidir ki, bir zamanlar elm sizliyi və cəhaləti ucbatından mağaralarda məskən salan insan bu gün elmi inkişafın ən əl çatmaz qüllələrini fəth edərək hətta digər planetlərədə yol tapmışdır. Söylədiklərimizdən belə nəticəyə gəlinir ki, elm kəsb etmək və bilmədiklərini öyrənməkçün çalışmaq insanın zatında haqq taala tərəfindən qoyulmuş fitri bir təlabatdır ki, tarix boyunca insanlar bu təlabatı hər dövrün özünə xas olan üsuluyla təmin etməyə çalışmışlar və Qurani Kərimin buyurduğuna görə Allah taala ilk insan həzrəti Adəm(ə) yaratdıqda da hər şeydən öncə ona elm və bilik əta edərək ona əşyaların adını öyrətdi və həmçinin bu mövzunun (elm və bilik əldə etmənin) zəruriliyi Allah tərəfindən göndərilmiş bütün ilahi dinlərin əsasını və ana övrətini təşkil edərək bütün peyğəmbərlərin təbliğatından çox önəmli bir yer tutmuşdur. Çünki Allah tərəfindən göndərilmiş bütün dinlərin əsas məqsədi və peyğəmbərlərin əsas missiyası bəşəriyyəti cahillikdən uzaqlaşdıraraq elmə və mənəviyyata sövq etmək və bu yollada insanların haqqı və həqiqəti tanıyaraq düzgün yola hidayət olmalarına yardımcı olmaqdan ibarət olmuşdur. Bu cür dinlərdən biridə insanların elm və mənəviyyat cəhətindən kamilliyin ən yüksək zirvəsinə çatması üçün Allah tərəfindən bəşəriyyətə son ithaf olunan kamil din müqəddəs islam dinidir. Bizdə məqaləmizin bu yerində bu müqəddəs dinin elmə və biliyə olan baxışı və islam nöqteyi nəzərindən həqiqi elmin hansı xüsusiyyətlərə malik olmalı olduğunu sizlərin nəzərinə çatdırırıq. İslam və elm: Islam və elm dedikdə ilk öncə insanın zehninə belə bir sual canlanır ki, görəsən islam və umumiyyətlə din bəzi üzdən iraq ziyalıların söylədikləri kimi müasir dünyada inkişaf etməkdə olan elmi-texniki tərəqqi ilə ziddirmi? Və görəsən bizim elmi inkişafımızda və real həyatımızda islamın və ümümilkdə dinin olub olmamasının hansı təsirləri vardır? Bu qəbildən olan suallara cavab tapmaqçün hər şeydən öncə müqəddəs islam dininin elmə və biliyə olan münasibətini və verdiyi dəyəri, Allah taalanın, Onun peyğəmbəri H.Muhəmmədin(s) və Məsum imam(ə)ların müqəddəs kəlamlarının əsasında nəzərdən keçirməyi vacib bilirik. Elmin və Alimin dəyəri: Allah Mütəal Qurani Kərimin zümər surəsinin 9-cu ayəsində buyurur: “De məgər bilənlərlə bilməyənlər (Alimlərlə cahillər) Allah dərgahında eynidirlər? Yalnız əsl ağıl sahibləri ibrət götürürlər”. Yenə də Qurani Kərimin Mücadilə surəsinin 11-ci ayəsində belə buyurur: “Allah sizlərdən iman gətirənlərin və elm verilmiş kəslərin (dünyada və axirətdə) dərəcələrini yüksəldər. Allah etdiklərinizdən xəbərdardır”. Və bu zəmində Hz. Muhəmməd(s) buyurur: “Elm və təhsil hər bir müsəlmana vacibdir. Elmlədir ki, Allaha pərəstiş və sitayiş olunar və elmlədir ki, qohumluq əlaqələri bərqərar olunaraq halal-haram tanınar. Elm əməlin rəhbəri əməl isə ona tabe olandır. Xoşbəxt insanlar ondan bəhrələnər, bədbəxt insanlar isə ondan məhrum olarlar.” (Mizanul hikmə elm bab ı) yenə də bu mövzuda birinci imam Əli(ə)dan nəql olunur ki, öz yaxın sahabələrindən olan Kumeyl ibni Ziyada belə buyurur: Ey Kumeyl! Elm və bilik var-dövlətdən daha üstündür. Çünki elm səni qoruduğu halda sən var-dövləti qorumalı olursan. Var-dövlət xərcləndikdə, bitib-tükəndiyi halda elm xərclənərək infaq edildikcə daha da artıb çoxalar. (Mizanul hikmə, elm babı) Elmi öyrənib öyrətmənin fəziləti. İslam dinində müqəddəs və savab sayılan əməllərdən biri də elmi yaymaqdır. Yəni hər kəs ki, özü elm öyrəndikdən sonra onu başqalarına da öyrədə belə insan Allah yanında ən əziz insanlardan, gördüyü iş isə ən fəzilətli əməllərdən hesab olunar. Bu mövzuda da islam dahilərinin bir çox kəlamlarına rast gəlinir ki, biz də nümünə olaraq bu müqəddəs kəlamlardan bir neçəsini sizin nəzərinizə çatdırırıq: 6-cı Məsum imam Sadiq(ə) buyurur: “Arzulayıram sizin gənclərinizi iki halda görə bilim:- ya alim olsunlar ya tələbə. Əgər belə olmazsa elmdən boyun qaçırmış və bununla da ömrü hədərə vermiş olarsınız”.Və yenə də bu zəmində Allahın müqəddəs bəndəsi və peyğəmbəri olan həzrəti İsa(ə) buyurub: hər kəs ki, elm öyrənə və əməl edə və onu başqalarına da öyrədə həmin şəxs Allahın uca Mələkut aləmində əzəmət və hörmətlə yad edilər. (Mizanul hikmə elm babı). Elm kəsb etmənin dəyəri və fəziləti haqda İslami mənbələrdə yüzlərlə bu cür ayə və hədislərə rast gəlmək olar ki, bu müqəddəs kəlamların hamısını cəm etmək bu kiçik məqa-ləmizin imkanı xaricindədir. Amma İslamın elmə verdiyi üstünlük haqda bir tək bunu qeyd etmək bəs edərki, Allah-Mütəal Qurani Kərimdə Qələmə və onun yazdığı sətirlərə belə and içərək buyurur: “And olsun qələmə və onun yazdığı sətirlərə”. İslamda elmin fəzilət və dəyəri haqda danışdıqda hicrətin ikinci ilində baş vermiş tarixi bir hadisəni qeyd etmək yerinə düşər. Beləki, Hicrətin 2-ci ilində Mədinə yaxınlığındakı Bədr məntəqəsində müsəlmanlarla Məkkə müşrikləri arasında İslam tarixndə ilk müharibə sayılan və sonralar tarixdə Bədr döyüşü adı ilə məşhurlaşan Bədr müharibəsi baş verdi. Müharibənin təfərrüatı bundan ibarət idi ki, Məkkə rəisi Əbu Süfyanın rəhbərlik etdiyi Məkkə müşriklərinin Şamdan qayıtmaqda olan ticarət karvanını müsadirə edərək, özlərinin Məkkədə qarət olunan ev-eşikləri və var-dövlətlərinin əvəzini çıxmaqçün 313 nəfərdən ibarət olan kiçik bir dəstə ilə müsəlmanlar yola çıxdılar. Əby Sufyanın bundan xəbər tutaraq karvanı gizli yolla təhlükəli zonadan uzaqlaşdırması səbəbiylə, karvanla deyil onun əvəzinə Bədr quyuları yaxınlığında Məkkəlilərin 950 nəfərdən ibarət təpədən dırnağa silahlanmış böyük ordusu ilə qarşılaşmalı oldular. Amma bu döyüşdə müsəlmanların iman, əqidə və əzmkarlığı müşriklərin zahirdə münəzzəm və qüdrətli görünən qeyri bərabər ordusunu məğlub etdi. Bu döyüşdə müşriklərdən böyük bir hissəni öldürərək bir çoxu da müsəlmanlar tərəfindən əsir götürüldülər. Döyüş sona çatdıqdan sonra Hz. Peyğəmbər (s) Məkkə əsirlərinin azad edilməsi üçün bir neçə yol təyin etdi ki, onlardan biri də əsirlərin içərisində olan savadlı müşriklərin hər birinin 10 müsəlmana oxuyub-yazma öyrətməsi müqabilində azad edilməsi idi. Hz. Mühəmməd (s) bu əməliylə İslam dinində elmə və biliyə necə də yüksək dəyər və qiymət verildiyini bir daha təsdiqləyərək müsəlmanları da bu işdə Ondan ibrət götürməyə səslədi. Elm öyrənməkdə məhdudiyyət yoxdur. İslam peyğəmbəri Hz.Muhəmməd(s) buyurub: “Beşikdən qəbrə qədər elm öyrənin”. Müqəddəs İslam dinində elm öyrənməyə heç bir məhdudiyyət qoyulmur. Yəni bir insan üçün hansı yaşda olursa olsun elm öyrənməsi üçün heç zaman gec deyil. İslam dininin göstərişinə əasən insan hətta ölüm ayağına qədər elmin arxasınca olmalıdır. Necəki, böyük İslam alimlərindən biri olan Əbu Reyhan Biruni ağır xəstə halda yatağında yatarkən yaxın dosdlarından biri onu ziyarət etmək üçün yanına gəlir. Söhbət əsnasında Əbu Reyhan ziyarətinə gəlmiş alim dostundan keçmişdə barəsində ixtilaflı olduqları elmi məsələ haqda soruşur ki, həmin məsələnin həlli necə oldu? Bunu eşidən dosdu, Əbu Reyhan axı xəstəsən belə qarışıq elmi məsələlərlə özünü yorma deyə cavab verdikdə, Əbu Reyhan üzünü ona tutub deyir: “Səncə mən həmin məsələnin cavabını bilərək asudə xəyalla bu dünyadan köçsəm yaxşıdı, yoxsa cavabını bilməyərək dünyanı narahat tərk etsəmmi? Sən eşitməmisənmi ki Hz. Mühəmməd(s) bizlərə beşikdən qəbr evinə qədər elm arxasınca olmağmızı tövsiyə etmişdir”. Həmin şəxs nəql edir ki, mən həmin məsələnin cavabını Əbu Reyhana izah etdim və o ruhən çox şad oldu. Həmin gecə mən onu ziyarət etdikdən sonra onun yanından ayrılıb öz evimə tərəf gəlirdim ki, hələ oradan neçə addım uzaqlaşmamış Əbu Reyhanın evindən şivən səsi ucaldı və mən geri döndükdə xəbər tutdum ki, İslam dünyasının böyük alim və mütəfəkkirlərindən olan Əbu Reyhan Biruni öz canını yaradana təslim edərək əbədiyyətə qovuşub. Və bu zəmində həmçinin qədimdən bəri müsəlmanlar arasında məşhur olan bir rəvayəti də burada sizin nəzərinizə çatdırırıq. Rəvayətə görə qədimdə Səkkaki adlı bir çoban qırx yaşında ikən elm öyrənmək həvəsinə düşür və bunun üçündə bir ustad yanına gedərək elm öyrənmək istədiyini bildirir. Ustad isə cavabında onun yaşının ötdüyünü və elm öyrəmnəkçün artıq gec olduğunu söyləyir. Səkkaki israr etdikdə ustad onu müvəqqəti olaraq qəbul edir. İlk günlərdə Səkkaninin elm öyrənmə cəhdləri uğursuz olur və bir gün naümid olaraq bir dağın ətəyində oturan Səkkakinin gözünə uzun illər boyunca dağdan damcılayan damlalar nəticəsində deşilmiş bir qaya parçası sataşır. Bunu görən Səkkaki öz-özünə belə xitab edir: “ey Səkkaki sənin başın (zehinin) bu daşdan daha möhkəm, elm isə bu damladan daha yüngül deyil. Bəs necə olur ki, kiçik su damlası əzmkarlıq göstərərək möhkəm qaya parçasını deşib keçdiyi halda dağdan ağır olan elm sənin yumşaq zehninə yol tapa bilmir”. Bu mənzərəni gördükdə sonra Səkkaki daha da əzmkarcasına elm öyrənməyə qatlanır və qısa müddətdə öz zamanəsinin böyük alimlərindən birinə çevrilir. Hətta rəvayət edirlər ki, həmdərslərinin onunla bəhs etməkdən imtina etməsi səbəbiylə Səkkaki öz dərslərini saxladığı keçisi ilə bölüşərmiş. Bəli əziz dostlar bu qəbil rəvayətlərdən belə nəticə alınır ki, insanın elm öyrənməsi üçün heç vaxt gec deyil, hətta insan ölüm ayağında belə elm öyrənə bilər, yetər ki, bunun üçün insan da öz yolunda iman və əzmkarlığ olsun. Elmin növləri Imam Əli(ə) buyurmuşdur: elm iki növdən ibarətdir, biri fitri (nişanələri əməldə aşkar) olan elm. Digəri isə eşidilmə elmdir. Eşidilmə elm fitri olmayınca fayda verməz. (insanı elmin həqiqətlərinə çatdıraraq xoşbəxt etməz) Əslində Allah taala hər bir yaratdığı insanın fitrət və zatında elm nuru qoymuşdur ki, bəzi vaxdlar müxtəlif məsələlər ucbatından bu fitri və zatı istedadın üzərini toz basaraq onun insanın yaşayışındakı rolunu sıfra endirir. Bəzən isə insan xaricdən əldə etdiyi eşidilmə elm və Allahın lütfi və inayəti nəticəsində öz içərisindəki, fitri elmi inkişaf etdirərək kamala doğru irələləyir ki, insanın yaradılışında əsas hədəf olaraq göstərilir. Yəni insanın fitri və xaricdən qəbul etdiyi bir-birindən qarşılıqlı olaraq faydalanaraq insanı kamala yetirməklə yanaşı insana bir bəsirət bəxş edir ki, buda öz-özlüyündə həqiqi elm adlanır. İnsan bu növ elmin vasitəsiylə yaxşını pisdən, haqqı nahaqdan ayırd edərək hər bir şeyin həqiqətini görə bilir necəki, bu zəmində Hz. Mühəmməd(s) həmişə dua edərək buyurardı: “ Allahım mənə hər bir şeyin həqiqətini göstər”. O həzrət(s) yenədə buyurardı: “ Elm bir nurdur ki, Allah onu istədiyi şəxsin qəlbinə saçar” bu cür elmdir ki, insanın ruhunu pisliklərdən xilas edərək bəşəriyyəti düçar olduğu böyük bəlaların girdabından xilas edər. Əks təqdirdə əgər insan fitrət və ruhunda yatmış olan böyük elm xəzinəsinə əhəmiyyət vermədən sadəcə xaricdən eşitmə hissi vasitəsilə məlumat formasında qəbul etdiyi elmlə kifayətlənərsə bu növ elmin faydası az olar. Çünki, xaricdən qəbul edilən eşidilmə elimdə öz hədəflərinə tərəf yönəldən həmin fitri və zati elmdir. Elm öyrənməkdə məqsəd. Həzrəti Mühəmməd(s) buyurub:”Camaatı aldatmaqçün elm öyrənən şəxs cənnətin iyini belə duymaz”. Həmçinin imam Sadiq(ə) buyurub: “Hər kəs Allaha görə elm öyrənə və Allaha görə ona əməl edə və Allaha görə öz elmindən başqalarınada öyrədə həmin şəxs Allahın Mələkut aləmində əzəmətlə yad edilərək onun haqqında deyilər, o Allaha görə öyrəndi, Allaha görə əməl etdi və Allaha görədə öyrətdi. İslami ayə və rəvayətlərdən belə nəticə alınır ki, İslam dini nöqteyi nəzərindən elmin əsas hədəfləri aşağıda qeyd olunanlardan ibarətdir: A. Elm insanın özünə fayda verməlidir. Yəni ilk növbədə elm insanın özünün bütün fitri ideallarının və hisslərinin hər birini özünə məxsus formada ədalətlə inkişaf etdirərək, ruhi və əqli baxımdan kamilliyə doğru getməsində və bununla yanaşı insanın insana xas olan bir təlim-tərbiyə əsasında ən yüksək insani dəyərlərlə zəngin olan bir mədəniyyətə yiyələnməsində insana yardımçı olmalıdır. B. Din nöqteyi nəzərindən elmin əsas məqsədlərindən biri də budur ki, elm insanın özünə fayda verməklə yanaşı, sahəsindən asılı olmayaraq insanlara və insanlığa xidmət etməlidir. Bunu da qeyd etmək lazımdır ki, əgər bir şəxs özü düzgün təlim-tərbiyə əsasında təlim alarsa həmin şəxs istər-istəməz içərisindəki, elm və ziya nurunun təsiri nəticəsində cəmiyyətdə düzgün mövqe seçərək öz elmindən digər insanlara da fayda verər və yaşadığı cəmiyyətin də islahında xüsusi rola malik olar. Nəticə: Söylənilənlərdən belə nəticəyə gəlinir ki, dinin, xüsusən də bu günkü bəhsimizin əsas mövzusu olan müqəddəs İslam dinin elmlə heç bir ziddiyəti yoxdur. Əksinə din elmə çox böyük dəyər verərək onun ardınca getməyi bütün insanlara vacib bilir. Əslində əgər insanı bir quşa bənzətsək elm və mənəviyyatı bu quşun iki qanadı kimi təsəvvür etmək olar. Yəni bir quşun uçması üçün onun bir qanadı nə qədər vacibdirsə digər qanadı da onunçün bir o qədər əhəmiyyətə malikdir. Elmin dinsiz və mənəviyyatsız insanların ixtiyarında olması eynilə dəlinin əlində daşa bənzəyirki, onun həmin daşı xoş məramla istifadə etməsini gözləmək ən azından sadəlövhlük olar. Tarixə nəzər saldıqda bəşəriyyətin başına gələn bir çox faciələrin də məhz elm və texnikanın din və mənəviyyatından uzaq olan insanların əlində olması səbəbiylə baş verməsinin şahidi oluruq. Digər tərəfdən də adını dindar qoyaraq elm və savaddan dolayısıyla da dindən uzaq olan insanların tarixi boyu dinə və dindarlığa vurduqları zərbələrin şahidi oluruq. Bu zəmində imam Əli(ə)ın hədisini xatırlamaq yerinə düşər ki, O həzrət(s) buyurur: “iki şəxs belimi sındırdı, biri dinsiz və günahkar alim, digəri isə müqəddəsbaz (dindarlıq iddiası edən) cahil”. Öz zamanəsində o həzrət(ə) ozüdə cahil unsanlardan ən çox əziyyət çəkənlərdən biri olmuşdur. Hətta iş o yerə çatmışdı kı, o həzrət (ə) şəhadətindən üç gün əvvəl Kufə Məscidində xütbə edərək : “Məni itirməmişdən istədiyinizi (elmi və dini məsələlərinizi) məndən soruşun” söylədikdə Səd ibni Vəqqas adlı birisi ayağa qalxaraq ondan mənim saqqalımda neçə tük var deyə soruşur. O həzrət(ə)ın qarşılaşdığı cahillərin işərisində bir tək xəvaricin adını qeyd etmək kifayət edər ki, alınları kimi qəlbləri də qabar bağlamış bu dəstənin zülmü sonda o həddə çatdı ki, Allahın yer üzündəki vəlisini yəni imam Əli(ə)mı şəhid etdilər. Bəli əziz dostlar tarix boyu bəşəriyyətin başına gələn bəlaların çoxunun elm və mənəviyyatın biri-birindən uzaq düşməsi səbəbiylə baş verdiyini görürük. Dinin elmlə vəhdətinin faydası budur ki, din elmə istiqamət verib onun əsas hədəflərini müəyyənləşdirərək onu insanın xidmətinə yönəldir. İslam dininin elmə münasibəti haqda isə son olaraq bunu demək lazımdır ki, elmdən söhbət açıldıqda İslam dünyası bu müqəddəs dində elmə və biliyə verilən dəyər və qiymətdən əlavə özünün sədri İslamdakı (İslamın ilk əsrlərində) şanlı elmi tərəqqisi və tarix boyu özünün dünya elm və mədəniyyətinə bəxş etdiyi böyük şəxsiyyətləri ilə fəxr edə bilər. Çünki, biz hələ bir neçə əsr bundan əvvələ nəzər saldıqda dünyanın bir çox yerlərində hələ qul alverinin raic olduğu bir dövrdə İslamın böyük alimləri o cümlədən İbni Sina Əbu Əli Hüseyn Abdullahın(980- 1034), Əbu Reyhan Biruninin (973-1048 bəzi məlumatlara görə 1050/51), Mahmud Kaşqarinin (1029-1126), Əbul Həsən Bəhmənyarın (?-1066) və sair böyüklərin elmi kəşflərlə məşğul olduqlarının şahidi oluruq. Əvvəldə qeyd etdiyimiz kimi biz İslami mənbələrə diqqət yetirsək elmin dəyər və qiyməti haqda yüzlərlə bəlkə də minlərlə ayə , rəvayət və müdrik kəlamlarla və bu yolda özünü fəda edərək bəşəriyyətin elmi inkişafına öz dərin töhfəsini vermiş minlərlə elm adamlarının adlarına rast gəlmək olar. Bunların hamısını qeyd etmək bu kiçik məqaləmizin imkanı xaricindədir. Bizlər də bunu nəzərə alaraq öz məqaləmizi imam Əli(ə)ın çox müdrik bir kəlamı ilə sona çatdırırıq. İmam Əli(ə) buyurub: “Allah mütəal bir şəxsi (ya bir qövmü) zəlil etmək istəsə onun qəlbindən elm həvəsini (məhəbbətini) çıxardar”. Allah taala qəlblərimizdən elm məhəbbətini çıxartmasın, amin. Məşədi Vidadi Qurbanov. Oxşar xəbərlər
|