ORUCUN İNSANLARIN FƏRDİ VƏ İCTİMAİ HƏYATLARINDAKI ROLU
Mьəllif: admin1
Tarix: 17-04-2014, 00:13
Bцlmə: Məqalələr » Maarif
Allah-taala insanları müəyyən bir hədəfə çatmaq üçün yaratdı. Bu hədəfə çatmaq üçün insanların ixtiyarında müxtəlif vəsitələr qoydu ki, onlardan biri də mübarək ramazan ayında oruc tutmaqdır. Allah Qurani-kərimdə “Bəqərə” surəsinin 183-cü ayəsində buyrur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”. Bu ayədə Allah-taala gözəl bir nöqtəyə işarə edir. Belə ki, biz orucun yalnız bizim dövrümüzə məxsus olduğunu deyil, əksinə, bizdən öncəki dövrdə yaşayan insanlara da vacib edildiyini bilməliyik. Bu yazıda orucun insanların fərdi və ictimai həyatlarındakı rolunu əziz oxucuların diqqətinə çatdırmağa çalışacağıq.


ORUCUN İNSANLARIN FƏRDİ HƏYATLARINDAKI ROLU
Rahatlıq
Orucun insaların fərdi həyatlarında bir sıra təsirləri vardır ki, bunlardan biri də mənəvi rahatlaqdır. Mənəvi rahatlıq insanın mühüm ehtiyaclarındandır, necə ki, yemək insanın həyatda qalması üçün önəmldir. Hazırkı dövrə, eləcə də keçmiş dövrlərə diqqət yetirərsək, imkanlı şəxslərin mənəvi rahatlıq əldə etməsi üçün hətta bütün var-dövlətlərindən keçməyə hazır olduqlarını müşahidə edəcəyik. Oruc tutan şəxs özünü Allaha yaxın hiss edir və ən əsası mənəvi rahatlıq tapır. İmam Baqir (ə) buyurur: “Oruc insanların mənəvi rahatlıq tapması üçün əsas vasitədir”.

Məadın xatırlanması
Mübarək ramazan ayında insanın oruc tutaraq ac-susuz qalıb çətinliklərə dözməzi, onun qəflət yuxusundan oyanıb başqa bir sabahın (qiyamətin) barəsində düşünə bilməsinə səbəb olur. Həmin gün Allah insanların bu dünyada etdikləri əməllərin qarşılığını verəcəkdir. Necə deyərlər, nə əkərsən, onu da biçərsən.

Başqa ibadətlər üçün hazırlıq
İnsaların ramazan ayında oruc tutub çətinlikərə dözməsi onların başqa ibadətlərə meyl göstərməsinə zəmin yaradır. Başqa sözlə desək, oruc digər ibadələrin yerinə yetrilməsi üçün başlanğıcdır.

Səbir
Orucun insanın fərdi həyatındakı önəmli rollarından biri də səbirdir. İnsanların həyatda böyük hədəflərə nail olması üçün bir sıra çətinliklərlə mübarizə aparması gərəkir. Oruc insanlara çətinliklərin qarşısında səbirli olmağı və onlarla mübarizə aparmağı oyrədir. Allah-taala Quranda buyurur: “çətinlikərdə orucdan və namazdan kömək alın”.
Yuxarıda qeyd etdiklərmiz ourucun insanların fərdi yaşamlarındakı rolu ili. İndi isə orucun insanların ictimai həyatlarındakı rolunu möhtərəm oxucların diqqətnə çatdırırıq.

ORUCUN CƏMİYYƏTDƏKİ ROLU
Qardaşlıq və bərabərlik
Mubarək ramazan ayında orucun gözəlliklərindən biri də onun hamı üçün vacib edilməsidir. Ramazan ayında oruc tutmaq yalnız varlı, yaxud kasıb insalar üçün vacib edilməyib, əksinə, ictimai təbəqəsindən aslı olmayaraq bütün insanlara vacib edilmişdir. Bu səbəbdən insanlar bilməlidirlər ki, Allah insanların hamısını bərabər yaratmış və ayrı-seçkiliyə yol verilmir.

Müştərək qanunların icrası üçün hazırlıq
İnsanlar ramazan ayında oruc tutaraq onun qanunlarına riayət etməklə, qarşıya çıxacaq müştərək qanunarın icrası üçün hazırlıq əldə edirlər.

İctimai cinayətlərin azalması
Hər il aparılan statistik araşdırmalara görə ramazan ayının çatması ilə cəmiyyətdə baş verən cinayətlər başqa aylarla nisbətdə azalır. Bu onu göstərir ki, ilahi qanunların icrası ilə cəmiyyətdə islahatlar aparmaq və cinayətlərin qarşısını almaq mümkündür.

Məhəbbət bəsləmək
Orucun cəmiyyətdəki əsas rollarından biri də insanların bir-birilərinə qarşı məhəbbət bəsləməsidir. Muqəddəs ramazan ayında imkanlı insanların iftar verməsi kasibların məhəbbətini qazanmasına səbəb olur.
Bunlar orucun insanların fərdi və ictimai həyatındakı rolları idi. Ümüdvaram ki, bu yazıda qısaca da olsa möhtərəm oxucuların diqqətnə orucun insanların ictimai və fərdi həyatlarındakı bir sıra rollarını çatdırmış oldum.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930