Fatimeyi- Zəhranin (ə.s) fəziləti
Məmun öz xilafəti dövründə böyük məclislər təşkil edib, dövrünün ən görkəmli, dəyərli və tanınmış alimlərini oraya yığar, imam Rza (ə) -ı da bu məclisə dəvət edərdi. Belə məclislərin birində, mübahisələr zamanı Məmum İmam Rza (ə) -dan soruşdu:-Peyğəmbərin itrəti kimdir? Peyğəmbərin ümməti deməkdir, yoxsa bunlar ayrı-ayrı şeylərdir? Həzrət buyurdu: Bəli, bunlar ayrı-ayrı məsələlərdir. Ümmət başqa, Əhli-beyt başqadır. Məmun dedi: Hədislərin birində var ki, mənim ümmətim həm də Əhli-beytimdir. Bu barədə nə deyə bilərsən? İmam gördü ki, burada hədis desə, o başa düşməyəcək. Bu səbəbdən də başqa bir üsuldan istifadə etdi. O, üzünü Məmuna və məclis əhlinə tutub soruşdu: -Peyğəmbərin Əhli-beytinə sədəqə vermək olarmı? Onlar dedilər: -Xeyr. Həzrət buyurdu: -Quranda buyurulur ki, Peyğəmbər ümməti içində olanlara sədəqə verin! O, hansı ümmətidir? Dedilər: -Müsəlmanlardır. Həzrət buyurdu: -Əgər Quran buyurursa sədəqə verin və Əhli-beytə də sədəqə haramdırsa, deməli Əhli-beyt də Ümmət də başqa-başqa şeylərdir. Bu sözü eşitdikdən sonra hamısı susdu. Daha heç bir söz soruşmadılar. Çünki, gördülər ki, Quran bir tərəfdən deyir ki, ümmətə sədəqə verin, digər bir tərəfdən isə sədəqə Əhli-beytə haramdır. Məsələnin əsas mahiyyətini başa düşdülər. Bu zaman İmam onlara baxıb soruşdu: -Siz Yasin surəsini oxumusunuzmu? Dedilər: -Bəli. İmam üzünü alimlərə tutub dedi: -Yasin kimdir? Onlar hamısı bir ağızdan dedilər: -Şübhəsiz ki, İslam Peyğəmbəri. Həzrət buyurdu: -Allah Quranda bəzi peyğəmbərlərin adını çəkir və onlara salam göndərir. «Saffat» surəsinin 79-cu ayəsində Allah Nuha salam deyir. 109-cu ayədə İbrahimə salam deyir. 120-ci ayəsində Musa ilə Haruna salam deyir. Bu düzdürmü? Dedilər: -Bəli. Həzrət buyurdu: -Amma İslam Peyğəmbərindən başqa Allah heç bir peyğəmbərin Əhli-beytinə salam demir. Soruşdular: -Allah İslam Peyğəmbərinin Əhli-beytinə harada salam verib? İmam buyurdu: -Bəs siz demirsiniz Yasindən məqsəd İslam peyğəmbəridir? Allah «Saffat» surəsinin 130-cu ayəsində buyurur: Salam olsun Ali-Yasinə! Yasin İslam Peyğəmbəridirsə, Allah Ali Peyğəmbərə salam deyir. Siz bu barədə nə deyə bilərsiniz? Orada olanlar heç bir söz deməyib susdular. Bu gecəki axırıncı hədisim budur ki, Peyğəmbər (s) bizə salavat göndərməyi öyrətdikdən sonra qızı Fatiməyə (ə) buyurdu: «Sənə hər kəs salavat desə, Allah onu bağışlayar». «Mən cənnətin harasında olsam, Allah o adamı gətirib mənim yanımda oturdacaq». Sonra peyğəmbər buyurdu: «Cəbrail mənim yanıma gəlib xəbər verdi ki, Əli (ə) Fatiməni (s) bu günki, gecədə gətirib dəfn etdikdə iki mələk Fatimənin (ə) yanına gəlir. (Bu qayda bütün müsəlmanlar üçün eynidir.) Onlar Fatimədən soruşur: -Ya Fatimə, Allahın kimdir? Fatimə (s) cavabında «Mənim Allahım mənim pərvərdigarımdır» -deyə söylədi. -Sənin peyğəmbərin kimdir? -Mənim peyğəmbərim atamdır. -İmamın kimdir? -Qəbrimin üstündə ayaq üstə duran. Məni dəfn edib hələ evinə getməyən Əli (ə) -dır mənim imamım. Əli (ə) Fatimeyi Zəhranı (s) dəfn etdikdən sonra deyir: Ya Fatimə, mən evə getməyəcəyəm və burada oturacağam. Səndən soruşsalar ki, imamın kimdir? Deki, qəbrimin üstündə oturub ağlayır. O, mənim imamımdır.Zəhra gözüm sataşmayacaq burda gözün nuruna. Məmurlar gələndə suala hüzuruna. Şirin dilin həqiqəti izhar edən zaman. Allah ilə Peyğəmbərə iqrar edən zaman. Növbə çatar imamına ey cani-cavidan! Məzlum Əli idi qəbrim üstə verdi şam. İnşaallah bizim hamımızı Allah müvəffəq etsin! Allah bizi Fatimənin (s) ardıcıllarından, ona əza saxlayanlardan qərar versin! Yaxşı olar ki, hər bir müsəlman heç olmasa belə bir gecədə 2 rükət namaz qılıb o xanımın ruhuna hədiyyə etsin. Sonra isə o xanımın ruhuna 100 dəfə Salavat desin. www.ahliman.com Oxşar xəbərlər
|