"Əli(ə) şiəsi haqq-hesab və rüşvət əhli deyil"
Mьəllif: admin1
Tarix: 17-04-2014, 01:05
Bцlmə: Məqalələr » Maarif
"Əli(ə) şiəsi haqq-hesab və rüşvət əhli deyil"


Tehran Radiosu - Böyük təqlid mərcəyi deyib: Əli ibn Əbi-Talib bütün dünyanın qarşısında arpanın qabığını qarışqanın ağzından çıxarmağa hazır deyildi, deməli, Əli(ə) şiəsi haqq-hesab və rüşvət əhli deyil.

Ayətullah Nasir Məkarim-Şirazi Həzrəti Məsumə(s.ə) ziyarətgahının zəvvarları və namazqılanları qarşısında "Əhzab" surəsi ayələrinin şərhinin davamında bildirib ki, bir işi görmüş şəxs, zaman və məkan da işin dəyərləndirilməsində yer tuturlar. O, deyib: Qurani-Kərim Peyğəmbərin həyat yoldaşlarına xitabən buyurur: Əgər çirkin bir iş görərsinizsə, Peyğəmbərin həyat yoldaşı olduğunuza görə, ikiqat əzab çəkəcəksiniz və Allah və Peyğəmbərin fərmanına itaət və saleh bir əməl həyata keçirən sizlərdən biriniz ikiqat mükafat alacaq.
Qum Dini Elmlər Mərkəzinin müəllimi söyləyib: Peyğəmbərin həyat yoldaşlarının əzab və mükafatlarının ikiqat olması ona görədir ki, onlar cəmiyyətdə meyardırlar; fərqli şəxslərdirlər, şəxsiyyətlərinə əsasən allahdan əzab və mükafat alırlar.
O, "Kafi" kitabında qeyd olunmuş İmam Sadiq(ə)-dan olan bir hədisə işarə edərək, deyib: Allah din aliminin bir günahından keçməzdən öncə, bir cahilin 70 günahından keçir.
Ayətullah Məkarim-Şirazi İmam Baqir(ə)-dan bir hədisə işarə edərək, söyləyib: İnsanın ağlı hər nə qədər artıq olarsa, bu şəxsin hesabı da daha dəqiq və daha sərtcəsinə olacaqdır.
O, əməllərin hesablanmasında insanların təfavütlərinə işarə edərək, deyib: Əli ibn Əbi-Talib şiələri, Allah evi və dini məkanların ziyarətinə getmiş kəslər, dini mövqeli, çoxyaşlı, ictimai-siyasi vəzifələr və elmi dərəcələrə malik olan kəslərdən intizar daha yuxarıdır.
Ayətullah Məkarim-Şirazi daha sonra deyib: Əli ibn Əbi-Talib bütün dünyanın qarşısında arpanın qabığını qarışqanın ağzından çıxarmağa hazır deyildi, deməli, Əli(ə) şiəsi haqq-hesab və rüşvət əhli deyil.
Şiələrdən xüsusi intizar var, çünki onların rəhbəri, Əli ibn Əbi-Talib və pak imamlardırlar və rəvayətlərdə bu məsələyə təkid olunub.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930