Axirət nemətlərinin dünya nemətlərindən üstünlüyü
Mьəllif: admin1
Tarix: 17-04-2014, 01:30
Bцlmə: Məqalələr » Maarif
Əlbəttə ki, bütün nemətlər, ruzilər Allahdandır. Amma daha üstün şərafətə, dəyərə malik olan şeyləri Allah özünə aid bildirir. Məsələn, yer üzündə olan bütün evlər (məscidlər) Allahındır. Amma Kəbə evi xüsusilə ona aid edilir. Bu xüsusiyyət «izafeyi-təşrifi», yə´ni «şərafət əlavəsi» adlanır. Başqa bir misal: Bütün canlıların malik olduqları ruh Allahın ətasıdır. Amma Allah-təala yalnız insandakı ruhu öz ruhu adlandırır: «Mən ona surət verib ruhumdan üfürdüyüm zaman, siz ona səcdə edin»[8].

Bütün dünya nemətləri insanın imtahanı üçün bir vasitədir. Allah yalnız axirət nemətlərini nəzərdə tutduğundan, dünya nemətlərini Allah ruzisi adlandıra bilmərik. «Ənfal» surəsinin 67-ci ayəsində buyurulur: «Siz puç dünya malını istəyirsiniz. Allah isə axirəti qazanmağınızı istəyir». Tövbə surəsinin 55-ci ayəsində oxuyuruq: «Münafiqlərin nə malları, nə də övladları səni təəccübləndirməsin. Allah onlarla ancaq münafiqlərə dünya əzabı vermək, kafir olduqları halda canlarını almaq istər». Allah-təala həzrət Peyğəmbərə (s) buyurur ki, dünyapərəstlər üçün birinci əzab var-dövlət toplamaq, sonra isə onu qorumaqdır. Buna görə də həyatın şirinliyini dadmazlar. Öləndə də min bir zəhmətlə toplanmış var-dövlətin əldən çıxdığını görüb iztirab çəkərlər!
Dünyapərəstlər bir ömür zəhmətlə, başqalarına zülm-sitəmlə, insanların haqqına təcavüz etməklə qəpik-qəpik yığdıqları pulu bir dəfəlik əldən verərlər. Allah-təala onların dözülməz narahatçılıqla kafir olaraq öləcəklərini bəyan edir. Belə bir ölüm həmin imtahanın dəhşətli nəticəsidir. Allah bu təbirlərlə insanı dünyaya vurğunluqdan çəkindirmək istəyir.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930