"“Yumşaq qəhrəmanlıq” ifadəsi rəhbərimizin ağıl və məntiqinin müdrik təbiridir"
"Dövlət Allahın qüvvəsinə təvəkkül edərək, Əhli-beytə imanı olan milləti ilə bu problemlərin öhdəsindən gələcəkdir" İslamazeri-nin “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata əsasən, Tehranın bu həftəki cümə xətibi höccətül-islam Kazım Siddiqi olub. O, İran prezidenti Həsən Ruhaninin ABŞ-a olan səfərinə toxunaraq bildirib: “Biz cənab Həsən Ruhaninin BMT-də etdiyi çıxışla İran xalqının məzlumiyyətini, zalım rejimlərin İrana qarşı sanksiyalarını bütün dünyaya çatdırmağına və Fələstin xalqını müdafiyə etdiyinə görə Allaha şükr edirik. İslam sülh və dinc yaşam tərəfdarı olan bir dindir. Əli əleyhissalamın da mübarək kəlamlarında bildirilir ki, düşmən sizinlə mübarizə aparmadıqca və yolunuza maneə yaratmadıqca onlarla sülh ilə davranın və müxtəlif qövmlərlə həmkarlıq edin. Həzrət Əli (ə) Malik Əştərə olan məktubunda bildirir: “Əgər düşmən səni sülhə çağırarsa, ondan qəbul et, lakin ehtiyatlı ol ki, aldanmayasan.” Bizim millət məntiq və ağıla söykənərək addımlar atır. “Yumşaq qəhrəmanlıq” ifadəsi də rəhbərimiz ayətullah Seyyid Əli Xameneinin ağıl və məntiqinin çıxışlarında bildirdiyi gözəl surətdə olan müdrik təbiridir. Əli (ə) Malikə “Ey Malik! Xidmət etdiyin millət ya sənin din qardaşlarındır, ya da yaradılışda səninlə eyni səviyyədə olanlardır.”-deyə bildirir. Biz yalnızca Fələstin xalqına olan zülmlərə deyil, bütün bəşəriyyətə qarşı törədilən cinayətlərə etiraz edirik. Biz müharibə tərəfdarı olan bir ölkə deyilik və olmamışıq. Biz heç bir müharibənin başladanı olmamışıq, deyilik və olmayacağıq. Lakin zorbalıq, təhdid və güc tətbiq etmək istəyən hər bir qüvvəyə qarşı cəddimiz imam Hüseyndən (ə) aldığmız dərsi həyata keçirərik. Bizim hərəkatımız imam Hüseyn hərəkatıdır, rəhbərimiz isə onun balası imam Xomeynidir.” Kazım Siddiqi sözlərinin davamında İrana qarşı tətbiq olunan sanksiyalara da toxunaraq bildirib: “Dövlətimiz “tədbir və ümid” şuarı ilə hərəkət edir və hamı tezliklə bu sanksiyaların qaldırılmasına ümid edir. Bu sanksiyaların qaldırılması həm ABŞ, həm də Avropanın xeyrinədir. Dövlət Allahın qüvvəsinə təvəkkül edərək, Əhli-beytə imanı olan milləti ilə bu problemlərin öhdəsindən gələcəkdir.” Cümə xətibi, müzakirə zamanı insanın öz düşmənini və dostunu yaxşı tanımasının vacibliyinə toxunaraq deyib: “Gəmidə olan qəhrəman da bəzən yumuşaq davrana bilər, lakin bu yumuşaqlıq onu məqsədə çatdırmaq üçün bir vasitədir. Biz ABŞ və İran prezidentlərinin telefon bağlantısından sonra amerikalılarln oyanacaqlarını arzu edirik. Bizim göstərdiyimiz bu yumuşaqlıq onların məkirli planlarını ifşa edir. Biz əzəldən məzlum olmuşuq. Bizim millətimiz sülhsevərdir və hər növ cinayətə müxalifdir. Biz nə özümüzün, nə də digərlərinin atom silahına sahib olmasını istəyirik. Biz ümumiyyətlə dünyada kütləvi qırğın silahlarının ləğvini tələb edirik. ABŞ dövləti qondarma rejim olan sionist İsrail rejiminin təsirinə qapılmamalıdır. Bu rejim “Hizbullah”la qarşıdurmada yenildi və onun məğlubedilməzlik mifi dağıldı. Daha sonra isə bu rejim Qəzza xalqı qarşısında da istəyinə çata bilmədi. ABŞ sanksiyalarını qaldırmalı və bu barədə əməli addımlar atmalıdır.” O, sonda İran polislərinə də səslənib. Polisin asayişi, əmniyyəti qorumalı olduğunu deyib və onun xidmətini bir növ ibadət adlandırıb. Eyni zamanda imam-cümə polisləri insanlarla hər zaman səmimi, mehriban, yardımsevər, canıyanan olmağa çağırıb. islamazeri.az Oxşar xəbərlər
|