Ayətullah Misbah Yəzdi: "İslam namaz və fərdi məsələlərlə məhdudlaşmır"
Mьəllif: admin1
Tarix: 17-04-2014, 02:10
Bцlmə: Məqalələr » Maarif
Ayətullah Misbah Yəzdi: "İslam namaz və fərdi məsələlərlə məhdudlaşmır"


İslam aləminin böyük üləmalarından olan ayətullah Məhəmməd Təqi Misbah Yəzdi İslam dininin namaz və fərdi məsələlərlə məhdud olmadığını vurğulayaraq bildirib: "İslam siyasi və ictimai mövzuları da əhatə edir", - FHA.
Ayətullah Misbah Yəzdi təşkilatın yeni tədris ilinin başlanması münasibətiylə təşkil edilən mərasimdə etdiyi çıxışında İslam dinini tanımadan insanın gerçək səadətə çata bilməyəcəyini ifadə edərək deyib: "İslam maarifi öz-özünə bizə verilməz. Bunun üçün maarifi yaxşı bilən şəxslər olmalı və onlar vasitəsiylə başqaları maarifləndirilməlidir".
İslam maarifinin çox geniş olduğuna toxunan M.Yəzdi sonda bildirib: "İslam namaz və fərdi məsələlərlə məhdudlaşmır. Bununla yanaşı, İslam siyasi və ictimai məsələləri də əhatə edir. Bunun üçün tələbələr əxlaq təhzibi ilə əlaqədar dərslərlə yanaşı, siyasi və ictimai mövzuları da qavramalıdırlar".


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930