İnsan Beyni Layihəsinin həyata keçirilməsinə start verildi
Layihənin məqsədi, insan beyninin işləyişini kompüter mühitinə daşıyacaq texnologiyaları təkmilləşdirməkdir Əsasən Avropa ölkələrindən 135 elmi təşkilatın iştirakıyla reallaşan və 10 il davam edəcək olan beynəlxalq İnsan Beyni Layihəsinin icrasına başlanılıb. Ümumilikdə 1,5 milyard dollar həcmində qiymətləndirilən tədqiqat qismən Avropa Birliyi tərəfindən maliyyələşdirilir. 'The Human Brain Project', ya da qısaca HBP olaraq adlandırılan layihənin məqsədi, insan beyninin işləyişini kompüter mühitinə daşıyacaq texnologiyaları təkmilləşdirməkdir. Ayrıca hər il on minlərlə nümayiş olunan beyin araşdırmalarını bir araya gətirərək bir məlumat bürosu yaradılması hədəflənir. Hal-hazırdakı kompüter texnologiyası beynin funksiyalarını təqlid edə biləcək səviyyədə deyil. Lakin önümüzdəki on il içərisində super kompüterlərin insan beyni qədər sürətli və kompleks iş bacarığına sahib olacağı təxmin edilir. İnsan Beyni Layihəsinin, insanın genetik xəritəsinin çıxarıldığı İnsan Genom Layihəsinə bənzədiyi bildirilir. Genom Layihəsi, dünyanın dörd bir yanından minlərlə təqqiqatçının səyi nəticəsində on ildən çox bir müddətdə reallaşmışdı. Ancaq İnsan Beyni Layihəsi, beynin tam bir xəritəsini çıxarmağını vəd etmir. Tədqiqatçılar, önümüzdəki on ildə informasiya texnologiyasındakı müəyyən irəliləyişlərin birinin ''neyromorfik'' kompüterlər olacağını təxmin edir. Bir başqa deyişlə maşınların insan beyni kimi öyrənmə tutumuna sahib olması hədəflənir. Oxşar xəbərlər
|