Peyğəmbərin (s) səhabəsini təhqir etmək Əhli-Beyt (ə) məktəbinin təlimlərinə ziddir
Şiələrin Dini Təqlid Mərcəsi Həzrət Ayətullah Üzma Seyid Əli Sistani təqlidçilərindən birinin səhabələrə lənət oxumaq və onları söymək haqqında sualının cavabında deyib: "Peyğəmbərin (s) səhabəsini təhqir etmək Əhli-Beyt (ə) məktəbinin təlimlərinə ziddir".
İQNA-nın "aliraq.net" xəbər agentliyinə istinadən vediyi xəbərə görə İraqın Nəcəf-Əşrəf şəhərində yaşayan və Şiələrin Dini Təqlid Mərcəsi sayılan Həzrət Ayətullah Üzma Seyid Əli Sistani təqlidçilərindən birinin səhabələrə lənət oxumaq və onları söymək haqqında sualının cavabında səhabələri söyən, təhqir edən və aşağılayan fərd, dəstə, birlik və qrumların əməllərini kəskin şəkildə məhkum edərək deyib: "Peyğəmbərin (s) böyük və tanınmış səhabələrini söymək və təhqir etmək Əhli-Beyt (ə) məktəbinin təlimlərinə ziddir". Son günlərdə İraqda yaşayan bəzi ifratçı şiə dəstələrinin Peyğəmbərin (s) xanımı həzrət Ayişə və ikinci xəlifə Öməbr bin Xəttabı söyərək təhqir etməsindən sonra Şiələrin Dini Təqlid Mərcəsi sayılan Həzrət Ayətullah Üzma Seyid Əli Sistani bəyanat yayaraq bu hadisəni kəskin şəkildə pisləmiş və bu cür halları Əhli-Beyt (ə) məktəbinin təlimlərinə zidd saymışdır. Bu fətva bir halda verildi ki, Nuri Maliki - İraqın Baş Naziri, Bağdadın "Əzəmiyyə" regionunda Əhli-Sünnə müqəddəslərini təhqir edən dəstənin üzvlərini tutuqlayaraq həbsə salmış və bu cür addımları məhkum etmişdir. Qeyd edək ki, hadisə "Sair Əd-Dəraci" adlı bir nəfərin səhabəni söyməsi və bir-neçə nəfərin də bunu təkrarlamasını ehtiva edəb bir videoçarx internetde yayılandan sonra şiə alimləri və İraq rəsmiləri bunu məhkum edərək cinayətkarları cəzalandırdılar və bu addımın düşmənlər tərəfindən və ortalığa savaş salmaq məqsədi ilə olduğunu elan etdilər. Amma xatırladaq ki, Nuri Maliki və Ayətullah Üzma Seyid Əli Sistaninin səhabələri yalnız təhqir edən kiçik bir dəstə qarşısında bu cür kəskin və sərt mövqe tutmağına baxmayaraq Əhli-Sünnə alimləri hər gün müsəlman ölkələrində, xüsusi ilə də İraqda terror edilərək qanı tökülən şiələrin qarşısında heç bir məsuliyyət hissi daşımır və bu terrorların qarşısını almaq üçün heç bir addım atmırlar. Bəlkə, əksinə olaraq bəzi vaxtlarda şiələrin qanını tökülməsi və terroristləri qıcıqlandıran fətvarlar verir və çıxışlar edirlər. Oxşar xəbərlər
|